Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

İnturist Hotel

Beşulduzlu İnturist Oteli vaxtilə Bakıda mövcud olmuş “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilmişdir. 2015-ci ildə tikintisi başa çatmış bu otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva 5 may 2015-ci il tarixində “İnturist” otelinin açılışında iştirak etmişlər. Prezidentimiz İlham Əliyev “İnturist”in yenidən tikilməsi barədə belə demişdir: “Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik.”
Bina 5 mərtəbədən ibarətdir. Bu möhtəşəm binada 150 standart və suit nömrə var. Otaqların hamısı müasirliyi və rahatlığı ilə seçilir. Otelin özəlliyini artıran cəhətlərdən biri də otaqların eyvanlarından Xəzər dənizinə və sahilboyu Bakı bulvarına açılan mənzərədir. Otaqların hamısı sürətli internet, havalandırma və digər zəruri sistemlərlə təchiz olunub.
Oteldə eyni zamanda, SPA, kitabxana, iclas zalı, restoran var. Terrasından dənizə gözəl mənzərə açılan restoranda dünya mətbəxinin təamları təqdim edilir. Restoran odunla alışdırılan sobalı açıq mətbəxi, uzun masaları, yarım fərdi şam yeməyi üçün xüsusi yerləri və yamyaşıl bağçanı birləşdirir.

Project Info