Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Əhəng və kvars qum

Ağ rəngli toz halında olan əhəng inşaat və sənaye sahəsində söndürülmüş və sönməmiş olmaqla iki formada istifadə olunur.

Məhsul haqqında

Söndürülmüş əhəng

Əhəng daşının lazımı temperaturda termiki parçalanmasından alınan sönməmiş əhəngin xüsusi hidrator qurğusunda su vasitəsilə söndürülməsi nəticəsində əldə edilən ağ rəngli söndürülmüş əhəng məhsuludur. ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

Tətbiq sahələri

  • İnşaat materialları: Binaların daxili və xarici səthlərində suvaq-hörgü və ağartma işlərində, beton-blok və başqa inşaat materiallarının hazırlanmasında, həmçinin suvağın möhkəmliyinin artırılmasında və s.;
  • Su təmizlənmə: Suda olan müvəqqəti codluğun aradan qaldırılmasında və içməli suyun təmizlənməsində;
  • Səhiyyə: Dişlərin müalicəsi və diş kanallarının dezinfeksiyasında;
  • Mədənçilik; Mis, qurğuşun və sink filizlərinin təmizlənməsi zamanı PH-ın tənzimlənməsində;
Məhsul haqqında

Sönməmiş əhəng

Müxtəlif fraksiyalar olan əhəng daşının lazımı temperaturda termiki parçalanmasından alınan ağ rəngli sönməmiş əhəng məhsuludur. ГОСТ 9179-77 və TS EN 459-1 saylı standartların tələblərinə uyğundur.

Tətbiq sahələri

  • Əlvan metallurgiya – təmizləyici komponent olaraq istifadə olunur.
  • Şəkər sənayəsi – diffuziya şirəsindən qeyri-şəkərin dəqiqləşdirilməsi və aradan qaldırılması prosesində önəmli bir rol oynayır.
  • Tullantı sənayesi – toksik sənaye tullantılarının zərərsizləşdirilməsi prosesində su ilə qarışdırılmış əhəng məhlulu tullantılar yandırılan zaman püskürdülərək ayrılan tüstünün tərkibindəki zərərli maddələrin konsentrasiyasının aşağı salınmasında istifadə edilir.

Üstünlüklər

Rahat hazırlanır

Məhsulun yüksək keyfiyyətdə, rahat hazırlanmasına şərait yaradır

Stabil keyfiyyət

Keyfiyyət daim stabil olduğu üçün, istehsalda stabillik vəd edir

Ekoloji təmiz

Ekoloji təmiz olan məhsul, təbiətə zərər vurmadan, çevrəmizi qoruyur

Kvars qum

Tərkibində 90%-dən çox, adətən yaxşı çeşidlənmiş və yuvarlaq kvars qırıntıları olan qum. Kvars qumu platforma şəraiti üçün səciyyəvi olub, adətən rutubətli isti iqlimdə ana süxurlarn dərin kimyəvi aşınma məhsullarının yenidən çökməsi, habelə iqlimdən asılı olmayaraq daha qədim kvarslı qumların və ya qumdaşlarının yuyulması nəticəsində əmələ gəlir. Məhsul AAC MMC-yə məxsus yataqlardan çıxarılır.