Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Bakı Konqres Mərkəzi

Bakının gözəlliyinə gözəllik qatan, ölkənin mötəbər tədbirlərinə ev sahibliyi edən Bakı Konqres Mərkəzinin inşaatına 2014-cü ildə start verildi. 1 il davam edən inşaat işlərinin yekununda ölkə başçısı Cənab İlham Əliyevin iştirakı ilə binanın açılışı baş tutdu. Mərkəzin ümumi sahəsi 6.2 hektar ərazini əhatə edir. Binanın sahəsi isə 46.6 min kvadrat metrdir. Binanın ətrafında salınan yaşıllıq sahəsi Bakı sakinlərinin əyləncəli vaxt keçirdikləri məkana çevrilmişdir.

Bina istifadəyə verildikdən sonra Azərbaycan bir sıra beynəlxalq tədbirlərə daha yüksək səviyyədə ev sahibliyi etməyə başladı. Bu tədbirlərdən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı, 2019-cü il Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü və müxtəlif konsertlər, konfranslar keçirilmişdir.

Mərkəzin daxilində olan 17 konfrans zalının ümumi tutumu 2500 nəfərdir. Ən böyük zal isə 3500 nəfərlik auditoriyaya sahibdir. Bu zalın inşaatında müasir texnologiyanın ən son yenilikləri istifadə olunmuşdur. Zalın oturacaqlarının sayı tələbə görə quraşdırıla bilir. Həmçinin, zalın akustika sistemi, qapalı məkanda quraşdırılan dünyanın ən böyük pikselli monitoru ilə səhnədə danışılanlar qüsursuz olaraq zala yayılır.

Zalın akustika sisteminin mükəmməl olmasında Gobustone hörgü bloklarının da payı az deyil. Binanın inşaatında 1200-1500 kub metr məsaməli hörgü bloklarından istifadə edilmişdir. Müasir avadanlıqlar və texnologiya ilə istehsal olunan Gobustone məsaməli hörgü blokları yüksək səs izolyasiyası qabiliyyətinə malikdir. Hörgü bloklarındakı məsamələr sayəsində vakum əmələ gəlir və səs udma qabiliyyəti yüksəlir. Bu halda səs keçirmə qabiliyyəti 55-60 Db arası olur. Yəni, həm çöl divarın, həm daxili divarların hörülməsində Gobustone məsaməli hörgü blokları sayəsində səs-küydən uzaq və rahat yaşaya bilərik.

Project Info