Port Baku Residence Bakının məşhur yaşayış komplekslərindən biridir. Kompleks Xəzər dənizinə və Dənizkənarı Milli Parka açılan möhtəşəm mənzərəyə sahibdir. Üç yaşayış binasından ibarət olan bu kompleksdə 800 ədəd lüks mənzil yerləşir. Binaların tikintisi ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirilmişdir. İnşasında hərtərəfli düşünülmüş bu möhtəşəm eksteryer dizayndakı yaşayış kompleksinə təkcə geniş parkinq ərazisi deyil, həm də qonaqlar üçün klub, dünya şöhrətli interyer dizayneri Devid Kollins tərəfindən dizayn olunmuş qonaq qəbulu otağı daxildir.