Gobustone #WUF13 Forumunda: Ağıllı Hörgü Blokları Böyük Maraq Doğurdu

Gobustone #WUF13 Forumunda: Ağıllı Hörgü Blokları Böyük Maraq Doğurdu

Ümumdünya Şəhərsalma Forumunda (#WUF13) Gobustone Ağıllı hörgü Blokları: Ziyarətçiləri Heyran Edən İnnovativ Həllərimiz

 

Qlobal şəhərsalma trendlərinin və dayanıqlı tikinti modellərinin müzakirə olunduğu ən böyük beynəlxalq platformalardan biri olan 13-cü Ümumdünya Şəhərsalma Forumu (#WUF13) çərçivəsində, Azmade Group-un törəmə şirkəti olan AAC MMC özünün innovativ Gobustone Ağıllı Hörgü Blokları ilə geniş şəkildə təmsil olundu. 17-22 may tarixlərində keçirilən sərgi müddətində stendimiz həm yerli, həm də beynəlxalq miqyasda böyük maraq toplayaraq, forumun ən dinamik və diqqətçəkən mərkəzlərindən birinə çevrildi.

 

Xarici Mütəxəssisləri Təəccübləndirən Texnoloji Üstünlüklər: Suda Üzən Daş, Eyni Zamanda Möhkəm, Zəlzələyə, Yanğına davamlı, Minimum Nəm və Maksimum Təhlükəsizlik

Sərgi müddətində stendimizi ziyarət edən xarici şirkət nümayəndələrini, qlobal sənaye ekspertlərini və əcnəbi memarları ən çox təəccübləndirən məqam Gobustone Ağıllı Hörgü Bloklarının unikal fiziki və texniki xüsusiyyətləri oldu.

Beynəlxalq mütəxəssislər tərəfindən ən yüksək qiymətləndirilən xüsusiyyətlər:

  • Zəlzələyə və Yanğına Davamlılıq: Müasir şəhərsalmada təhlükəsizliyin ən ali kriteriya olduğunu vurğulayan xarici qonaqlar, məhsulumuzun yüksək seysmik dayanıqlığını və yanğına qarşı maksimum dözümlülüyünü heyranlıqla qarşıladılar.

  • Suda Üzən Daş Möcüzəsi: Bloklarımızın yüngüllüyünü və məsaməli strukturunu əyani şəkildə nümayiş etdirən "suda üzmə" sınağı xarici mütəxəssislərin təəccübünə səbəb oldu. İnnovativ tikinti materialının həm bu qədər yüngül, həm də inanılmaz dərəcədə dözümlü olması, nəmi özünə çəkməməsi, bu səbəblə həyət evlərininin, bağ evlərinin , villaların qorxulu kabusuna çevrilən nəmişlik, kiflənmə , qaralmış divarların problem olaraq artıq keçmişdə qalması sərgi iştirakçılarının böyük rəğbətini qazandı.

 

Yerli Ziyarətçilərin Duyğusal Reaksiyası: Sevinclə Məyusluğun Bir Arada Olduğu Anlar

Forum müddətində çoxsaylı yerli vətəndaşlarımız və fərdi şəxslər də Gobustone stendi ilə yaxından tanış oldular. Onların məhsulumuza verdiyi reaksiyalar eyni anda həm böyük bir qürur, həm də səmimi bir heyfslənmə hissini ortaya çıxardı:

  • Böyük Sevinclərinin Səbəbi: Soydaşlarımız Azərbaycanda beynəlxalq standartlara tam cavab verən, tikintidə qənaət və enerji səmərəliliyi təmin edən belə bir milli innovativ məhsulun - Ağıllı Hörgü Bloklarının istehsal olunmasından dərin fəxr və qürur hissi keçirdiklərini bildirdilər.

  • Səmimi Məyusluqlarının Səbəbi: Stenddə Gobustone-un üstünlükləri (izolyasiya imkanları, ekoloji təmizliyi) barədə ətraflı məlumat alan bir çox fərdi şəxs isə: “Kaş ki, bu məhsulu daha əvvəl tanıyardıq, bizim də evimiz Gobustone ağıllı hörgü bloku ilə tikilərdi” - deyərək səmimi şəkildə məyus olduqlarını dilə gətirdilər.

 

Peşəkarların Seçimi: Mühəndis və Memarların Böyük Marağı

#WUF13 Forumu çərçivəsində ölkəmizin və regionun qabaqcıl mühəndis, layihələndirici və memarları ilə çoxsaylı işgüzar görüşlərimiz baş tutdu. Tikinti sektorunun peşəkarları, Gobustone-un binaların həm yükünü azaltdığını, həm də hörgü işlərini inanılmaz dərəcədə sürətləndirdiyini qeyd edərək, məhsulu müasir memarlıq layihələri üçün ideal həll yolu kimi dəyərləndirdilər. Bu peşəkar rəylər, Gobustone-un sahə üzrə liderliyini bir daha təsdiqlədi.

 

Qlobal Əməkdaşlıq Profili: Səudiyyə Ərəbistanının "Sakan" Fondu və Beynəlxalq Nəhənglər Gobustone Stendində

#WUF13 Forumu çərçivəsində stendimiz təkcə fərdi memarların deyil, həm də qlobal tikinti və mənzil sektoruna yön verən iri beynəlxalq təşkilatların diqqət mərkəzində oldu. Forumun ən yaddaqalan hadisələrindən biri isə Səudiyyə Ərəbistanının dayanıqlı mənzil həlləri üzrə aparıcı qurumu olan "Sakan" fondunun rəhbər heyətinin stendimizi ziyarət etməsi oldu.

"Sakan" fondunun Prezidenti və CEO-su başda olmaqla, fərqli ölkələrdən gələn iri tikinti və investisiya şirkətlərinin rəhbərləri Gobustone Ağıllı Hörgü Bloklarının texniki xüsusiyyətlərini yaxından incələdilər. Keçirilən işgüzar görüşlərdə xarici tərəfdaşlar, məhsulumuzun ekoloji təmizliyi, enerjiyə yüksək qənaət təmin etməsi və sürətli hörgü imkanları ilə müasir qlobal layihələr üçün mükəmməl bir alternativ olduğunu vurğulayaraq, Gobustone-a böyük maraq göstərdiklərini və gələcək əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirdiklərini bildirdilər.

Fərqli coğrafiyalardan gələn sənaye nəhənglərinin bu rəğbəti, Gobustone-un rəqəmsal və texnoloji üstünlüklərinin beynəlxalq arenada da qəbul olunduğunun növbəti sübutudur. Bu mühüm beynəlxalq görüşlər, stendimizdən eksklüziv kadrlar və əməkdaşlıq müzakirələrinin vizual xülasəsi haqqında daha ətraflı məlumatı rəsmi İnstaqram səhifəmizdən instagram səhifəmizdən əldə edə bilərsiniz! 

 

Sərginin Ən Böyük Trendi: "Gobustone Ağıllı Seçim!" Video Axımı oldu.

Forum günlərində Gobustone stendində gözəl və unikal bir ənənənin əsası qoyuldu. Bloklarımızın ölçücə böyük, lakin çəkidə inanılmaz dərəcədə yüngül olması stendimizdə böyük interaktivliyə yol açdı.

Hətta qadınların və azyaşlı uşaqların belə böyük ölçülü Gobustone bloklarını heç bir çətinlik çəkmədən, rahatlıqla əllərində qaldıra bilməsi sərginin ən çox danışılan hadisəsinə çevrildi. Stendimizə gələn və Gobustone-un həqiqətən də ağıllı bir seçim olduğu qənaətinə gələn hər kəs, böyük blokları əlinə alaraq "Gobustone - Ağıllı seçim!" şüarını səsləndirdi və video çəkiliş axınına qoşuldu. Qısa müddət ərzində ziyarətçilərin çəkdiyi bu maraqlı və əyləncəli videolar sosial şəbəkələrdə geniş yayılaraq bütün rəqəmsal platformaları və səhifələri zəbt etdi.

 

Gələcəyin Tikinti Həlləri Üçün Təşəkkür Edirik!

AAC MMC olaraq, altı gün davam edən sərgi boyunca bizimlə həmrəy olan, stendimizi ziyarət edərək enerjisi ilə rəqəmsal trendlərimizə qoşulan, layihələrimizə və məhsulumuza səmimi maraq göstərən bütün mütəxəssislərə, memarlara, dövlət və özəl sektor nümayəndələrinə, eləcə də hər bir dəyərli vətəndaşımıza dərin təşəkkürümüzü bildiririk.

Gələcəyin təhlükəsiz, dayanıqlı və qənaətli evləri üçün yerli istehsalın gücü ilə hər zaman xidmətinizdəyik. Çünki gələcəyi tikənlərin seçimi – Gobustone, Ağıllı Seçimdir!