Gobustone Ağıllı Hörgü Blokları "Rebuild Karabakh" Sərgisində Ziyarətçilərin Heyranlığına Səbəb Oldu

Gobustone Ağıllı Hörgü Blokları "Rebuild Karabakh" Sərgisində Ziyarətçilərin Heyranlığına Səbəb Oldu

Gobustone Ağıllı Hörgü Blokları "Rebuild Karabakh" Sərgisində Ziyarətçilərin Heyranlığına Səbəb Oldu

Qarabağın bərpası və yenidənqurulmasında mühüm rol oynayan "Rebuild Karabakh" sərgisində Azmade Group-un törəmə şirkəti AAC MMC özünün milli brendi olan Gobustone Ağıllı Hörgü Blokları ilə diqqət mərkəzində oldu. Sərgi boyunca stendimizi ziyarət edən minlərlə insan - memarlar, mühəndislər, tikinti şirkətlərinin rəhbərləri və fərdi ziyarətçilər məhsulumuzun texniki göstəriciləri və innovativ xüsusiyyətləri ilə tanış olduqca unudulmaz təəssüratlar yaşadılar.

Rəsmi Qonaqlar Və Sənaye Mütəxəssisləri Stendimizdə

Sərgi çərçivəsində dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, xüsusi nümayəndəliklərin əməkdaşları və aparıcı tikinti müəssisələrinin rəhbər heyəti stendimizi ziyarət etdilər. Azmade Group-un İdarə Heyətinin sədri Emruz İsgəndərov da şəxsən sərgidə iştirak edərək rəsmi qonaqlarla görüşlər keçirdi.

Stendimizdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının aparıcı məsləhətçisi, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyin baş məsləhətçisi kimi dəyərli ziyarətçilərə məhsulun strateji əhəmiyyəti haqqında ətraflı məlumat verildi.

Təəccüb Və Sevinç Dolu Təəssüratlar: Gobustone Ağıllı Hörgü Bloklarının Hər Kəsi Maraqlandıran Xüsusiyyətləri

Gobustone Ağıllı Hörgü Bloklarının nümayişi zamanı ziyarətçilər arasında ən çox təəccüb və heyranlıq yaradan məhsulun fiziki göstəriciləri oldu. Blokların inanılmaz dərəcədə yüngül olması, lakin eyni zamanda yüksək dözümlülüyə sahib olması mütəxəssislərin böyük təəccübünə səbəb oldu:

  • Mükəmməl Termoisolyasiya: Ziyarətçilər blokun istilik saxlayıcılıq qabiliyyətini öyrəndikdə, əlavə izolyasiya materiallarına ehtiyac qalmadığını buna baxmayaraq illik 100 m2 ev üçün 500 AZN-ə qədər komunala qənaət edə biləcəklərini maraqla qarşıladılar. 

  • Seysmik Davamlılıq Və Yüngüllük: Binaların yükünü dəfələrlə azaltması və zəlzələyə qarşı dözümlülüyü tikinti mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildi.

  • Sürətli Və Sərfəli Montaj: Blokların ideal həndəsi ölçüləri və xüsusi yapışdırıcı ilə hörülməsi iş prosesini necə sürətləndirdiyini görən memarlar böyük məmnunluq ifadə etdilər.

Yerli İstehsalatla Qürur Hissi 

Azmade Group çətiri altında fəaliyyət göstərən AAC MMC-nin konseptual yanaşması və müasir stend dizaynı sərginin yekununda stendimizdə blokların keyfiyyətini, ekoloji təmizliyini və istehsal miqyasını öz gözləri ilə görən hər bir ziyarətçi Azərbaycanda dünya standartlarına cavab verən belə bir ağıllı hörgü vasitəsinin istehsal olunmasından dərin fəxarət və sevinc hissi duyduqlarını vurğuladılar.

Azmade Group-un törəmə şirkəti olan AAC MMC olaraq əsas məqsədimiz azad edilmiş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərində ən təhlükəsiz, ekoloji və enerjiyə qənaət edən material təminatçısı olmaqdır. "Rebuild Karabakh" sərgisində insanlarda yaratdığımız bu xoş təəssürat və göstərilən böyük etimad bizə gələcək layihələrimizdə daha böyük əzmlə çalışmaq üçün güclü ilham verir.