Ev Tikərkən Ömürlük Qənaətə Nail Olun: Ekspert Zaur Vəliyevdən Yanlış Material Seçiminə Qarşı Vacib Tövsiyələr
Fərdi Yaşayış Evini Gobustone Ağıllı Hörgü Blokları (AHB) İlə Tikmək Olar?
Müasir həyət evi tikintisini planlaşdıran hər bir şəxsi düşündürən ilk suallardan biri düzgün tikinti materialının seçilməsidir. Ekspertlərin fikrincə, fərdi yaşayış evləri nəinki Ağıllı Hörgü Blokları (AHB) ilə tikilə bilər, hətta müasir standartlara cavab vermək üçün mütləq AHB ilə inşa olunmalıdır.
Bunun əsas səbəbi həyət evlərinin mənzillərdən fərqli olaraq qonşu divarlara malik olmamasıdır. Fərdi evlər dörd bir tərəfdən xarici mühitlə təmasda olduğu üçün qışda daha tez soyuyur, yayda isə birbaşa günəş şüaları altında daha çox qızır.
Enerji Effektivliyi və Kommunal Qənaət
Milyonlarla mikro məsaməli strukturda olduğu üçün Gobustone Ağıllı Hörgü Blokları çöldəki şaxtanı və ya qızmar istini divarın xarici səthində saxlayaraq evin daxili temperaturunu sabit saxlayır, yəni istilik izolyasiyası yaradır. 100 kv.m fərdi evdə illik kommunal (qızdırılma və soyudulma) xərclərində təxminən 500 AZN qənaət əldə edilə bilir. Evin sahəsi böyüdükcə , komunal xərcə qənaət də çoxalmış olur, həm də digər tərəfdən bu komunal xərc vaxt keçdikcə arta bilir, bu o deməkdir ki, AHB ilə nəinki ömürlük qənaət etmiş olursan , həm də zaman keçdikcə artan formada qənaət etmiş olursan.
İkimərtəbəli Binalarda Büdcə Optimallaşdırılması
İkimərtəbəli və ya daha böyük evlərdə qənaət olunan büdcə sahəyə mütənasib olaraq daha da artır.
Gobustone AHB həm həyət evlərində, həm də çoxmərtəbəli binalarda uzunmüddətli rahatlıq və büdcəyə qənaət baxımından daha ağıllı seçimdir.
Gobustone Ağıllı Hörgü Blokları (AHB) ilə Həyət Evlərində Nəmişlik və Kif Probleminə Son
Həyət evlərində ən çox rast gəlinən problemlərdən biri divar künclərinin qaralması, nəmişlik və kif atmasıdır.
Həyət Evində Kif Yaranmasının Əsas Səbəbləri
Divar kifinin yaranma mexanizmi sadədir: xarici divar soyuq olduqda, daxildəki isti hava soyuq divar səthinə toxunur və kondensasiya olunur. Nəticədə divar üzərində rütubət damcıları əmələ gəlir. Divar materialı nəfəs ala bilmədikdə isə bu nəmişlik zamanla kif və göbələyə çevrilir.
Termos Effekti İlə Temperaturun Sabitlənməsi
Fərdi yaşayış evlərinin Ağıllı Hörgü Blokları ilə tikilməsi bu problemi kökündən həll edir. AHB divarın soyumasına imkan vermir, divar səthi isti qaldığı üçün daxildə kondensasiya və nəm yaranmır.
Nəfəs Alan Materialın Rütubət Tənzimləməsi
Ağıllı Hörgü Blokları daxili havanın rütubətini təbii şəkildə tənzimləyir, evin içindəki artıq nəmi kənara çıxarır.
Kif və Göbələk Əleyhinə Təbii Mühafizə
Təbii havalandırma və mikroiqlim tənzimlənməsi sayəsində divarlarda kif və göbələk yaranmasının qarşısı tamamilə alınır.
Tikinti Müddəti və Usta Qrafiki: AHB İlə Sürətli Hörgü
Ev tikintisinə başlayanların ən böyük qorxusu prosesin aylarla, hətta illərlə uzanması və usta problemləridir. Tikinti müddəti uzandıqca həm əlavə xərclər yaranır, həm də vaxt itkisi baş verir.
1 Aylıq Hörgü İşinin dəfələrlə tez vaxtda yekunlaşması
Ənənəvi tikinti materialları ilə ustanın 1 aya bitirdiyi hörgü işini, Gobustone AHB ilə çox qısa müddətdə yekunlaşdırmaq mümkündür.
Ağıllı Hörgü Blokları dəqiq həndəsi ölçülərinə və yüngüllüyünə görə "Lego" da adlandırılır. Blokların hamar səthi və xüsusi yapışdırıcı ilə hörülməsi bənna işini maksimum dərəcədə sürətləndirir və işçi qüvvəsi xərclərini azaldır.
Fasadın Yağıntılara Qarşı Dözümlülüyü
Ağıllı Hörgü Bloklarının açıq havada, yağış və qar altında qalmasının divara zərər vurub-vurmaması tez-tez verilən suallardandır.
Su Keçirməyən Qapalı Daxili Struktur
Gobustone AHB-nin daxili strukturu qapalı məsamələrdən ibarətdir. Bu səbəbdən su və ya rütubət blokun dərinliyinə işləyə bilmir.
Hava İlə Təmasda Bərkimə Xüsusiyyəti
Bu material hava ilə təmasda olduqca zamanla daha da bərkiyir və möhkəmlənir. Evinizin fasadını da rahatlıqla AHB ilə tikə bilərsiniz. Gobustone Ağıllı Hörgü Blokları (AHB) fərdi yaşayış evi tikintisində yüksek enerji effektivliyi, sürətli montaj, ekoloji təmizlik və nəmə qarşı dözümlülük təmin edir.