Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Wehrhahn şirkətinin onlayn təlimi

Hər zaman öz keyfiyyəti ilə seçilən və daim inkişaf edən AAC şirkəti, uğurlarının davamlı olması və yeni layihələrə daha peşəkar yanaşmanı təmin etmək üçün öndə gələn şirkətlər və ekspertlərlə görüşlər təşkil edir və şirkət əməkdaşlarına təlimlər keçirilməsini təmin edir.

Şirkət əməkdaşlarının daimi inkişafına yönələn bu təlimlərdən biri də Almaniyanın məşhur şirkəti olan Wehrhahn tərəfindən reallaşdırılmışdır.

Pandemiyanın gətirdiyi məhdudiyyətlər səbəbi ilə onlayn keçirilən təlim  AAC zavodunda  10 oktyabr və 5 noyabr tarixləri ərzində baş tutmuşdur.

Zoom vasitəsilə reallaşan təlimdə istehsalat və texniki departament rəhbəri Niyaz Abdullayev, keyfiyyətə nəzarət departamentinin direktoru Məhərrəm Şaliyev, satış və marketinq departamentinin direktoru Orxan Babayev, satış şöbəsinin rəhbəri Sarvan Aslanov, MHB satış nümayəndəsi Səbuhi Sadiq, MHB satış nümayəndəsi Sərxan Qasımov və satış sonrası texniki dəstək mütəxəssisi Tofiq Piriyev iştirak etmişdir.

Baş tutan görüş sayəsində təlimdə iştirak edən AAC əməkdaşları qazbeton məhsulunun istehsal prosesinin mərhələləri ilə yaxından tanış olmuş və detallı bilgilər əldə etmişlər. Azərbaycanda bir ilk olan Məsaməli Hörgü Bloklarının istehsalı prosesində maraq doğuran mövzulara toxunulmuş və eyni zamanda mübahisəli mövzulara aydınlıq gətirilmişdir.

Keçirilən hər bir təlimdə olduğu kimi “proses və istehsal” mövzusu altında keçirilən bu təlimdə də əməkdaşlarımıza yeni təcrübə və biliklər aşılanmışdır. Təlimdə öz bilik və təcrübələrini bölüşən ekspertlər şirkətimizin bir üst pilləyə addımlamasına dəstək vermişdir.