Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone

Təhsil müəssisələri binalarının tədris prosesinə təsiri

“Övladım hansı təhsil müəssəsində daha yaxşı təhsil alar?” sualı əsasən məktəbin tədris üsuluna əsasən cavablandırılır. Bu mövzuya bütöv perspektivdən baxdıqda isə fiziki şərtlərin, yəni təhsil müəssisəsi binasının uşaqların sağlamlığına necə təsir edəcəyi məsələsi ilə qarşılaşırıq.

Həm fiziki, həm psixoloji cəhətdən sağlam fərdlər yetişdirmək ancaq ekoloji cəhətdən təmiz tikinti məhsulları ilə inşa edilmiş binalarda verilmiş təhsil ilə mümkün ola bilər.

Təhsil müəssisələri sadəcə gips və kərpicdən ibarət binalar deyil, eyni zamanda təhsil simvolu olan məkanlardır. Buna görə də bir təhsil binası dizayn edərkən memarlar həm də təhsil səviyyəsindən xəbər verən tədris materialı da dizayn edirlər. Təhsil müəssisələrinin fiziki şəraiti şagirdləri öyrənməyə həvəsləndirməklə yanaşı motivasiyalarını azalda da bilər. Binanın həm daxili, həm də xarici görünüşü orada təhsil alanların psixologiyasına təsir etdiyinə görə, baxımsız, səliqəsiz, yaxşı dizayn edilməmiş təhsil müəssisələri sağlamlığa mənfi təsir göstərə bilər. 

Təhsil müəssisələri inşa edilərkən binanın istiliyi, rütubət səviyyəsi, günəş işığının düşmə dərəcəsi, səs izolyasiyası kimi vacib məqamlar mütləq nəzərə alınmalıdır.

İstilik

Təhsil müəssisəsinin daxili temperaturu şübhəsiz ki, tədris səviyyəsinə təsir edir. Siniflərin istilik dərəcəsi tələbələrin fəaliyyətinə, onların diqqətlərini dərsə yönəltmələrinə və tələbələrin sinif otağındakı  komfortlarına təsir edir. Gobustone hörgü blokları istilik izolyasiyası ilə binanın həm istilik, həm enerjiyə qənaət baxımından yüksək keyfiyyətli olmasına imkan verir. Buna görə də, Gobustone məhsulları ilə tikilmiş təhsil müəssisələrində təhsil alan şagird və tələbələr sabit temperaturlu sinif otaqlarında keyfiyyətli təhsil alma şansına sahib olurlar.  

Zəlzələyə davamlılıq

Azərbaycanın aktiv seysmik zonaların olması ölkəmizdə zaman-zaman zəif və güclü zəlzələlərin baş verməsinə səbəb olur. Buna görə də, yeni tikilən çoxmərtəbəli binalarda baş verə biləcək təbii fəlakətin qarşısının alınması üçün zəlzələyə davamlılıq faktorunun nəzərə alınması çox vacibdir.

Gobustone hörgü blokları bu məqamda da bizim köməyimizə çatır. Belə ki, Gobustone məsaməli hörgü blokları öz çəkisi ilə yüngül tikinti materialları sırasına daxildir. Bir kub metr həcmdə quru halda 500 kq ağırlıq mövcuddur. Bu da binanın divar yükünü azaldır və zəlzələyə davamlılığını artırır.

Akustika

Təhsil mühitində səslər, tədris binasının həm içərisindən, həm də xaricindən yarana bilər. Bu səslərin haradan yaranmasından asılı olmayaraq yaranmış səs dərsin gedişinə əhəmiyyətli təsirlər edə bilər. Məktəb binalarının avtomobil yolu yaxınlığında yerləşməsi səs-küyün sinif otağına daxil olmasına və xüsusilə ibtidai sinif şagirdlərinin öyrənmə prosesinə və diqqətlərinin yayınmasına mənfi təsir göstərir. Gobustone hörgü blokları ilə hörülmüş divarlar eyni çəkili digər inşaat materiallarından olan divarlarla müqayisədə daha yaxşı izolyasiyanı təmin edir. Gobustone hörgü blokları səs dalğasından titrəyiş enerjisinin bir hissəsini almaq və onu istiliyə çevirmək xüsusiyyətinə malikdir.

Təhsil keyfiyyətinin artması üçün təhsil müəssisələrinin tikintisinə daha diqqətlə yanaşmaq lazımdır. Xüsusilə, paytaxt Bakımızda əhali sıxlığını, səs-küyün digər ərazilərə nisbətən daha yüksək olmasını və eyni zamanda aktiv seysmik ərazi sayılan Xəzər sahilində yerləşməsini əsas götürərək bu ərazidəki təhsil müəssisələrinin tikintisində yüksək standartlara cavab verən məhsullardan istifadə olunmalıdır . 

Azərbaycanın öndə gələn təhsil müəssisələrindən olan Ali Diplomatiya Akademiyası, Qərbi Kaspi Universiteti, Avropa Litseyi, Heydər Əliyev adına Təhsil Kompleksi və eyni zamanda ADNSU Yataqxana Kompleksi, UNEC Yeni korpusu binalarının tikintisində Gobustone məhsullarından istifadə olunmuşdur.