Gobustone hörgü blokları

 

Gobustone hörgü blokları taxta paletlər üzərinə yığılaraq, üzərinə xüsusi kapron üzlük materialı çəkilərək daşınır. Blokların tikinti meydançasına boşaldılması və sahə daxilində yerdəyişməsi zamanı kran və digər yük boşaldan texnikalardan istifadə olunmasına icazə verilir. Materialların daşınma və boşaldılması zamanı maksimum diqqətli olmaq lazımdır.

Tikinti meydançasında gobustone hörgü blokları hamar səth üzərinə üst-üstə yığılmalıdır. 2 paletdən artıq materialı üst-üstə yığmaq tövsiyyə edilmir.

Gobustone hörgü bloklarının çəkisinin az olması bu materialın tikinti sahəsinə daşınması zamanı daha kiçik yük avtomobillərindən istifadə etməyə imkan verir ki, bu da daşınma xərclərini azaltmaqla şəhərin mərkəzində tikilən binaları vaxtında, keyfiyyətlə və təhlükəsiz şəraitdə bu materialla təmin etməyə imkan verir.

Üstünlüklər

Enerjiyə qənaət

Yaşayış binasının tikintisində enerji səmərəliliyinə, binada sərf edilən enerjinin azaldılmasına istiqamətlənən kompleks tədbirlər böyük əhəmiyyət daşıyır. gobustone hörgü blokları haqlı olaraq enerji səmərəli tikinti materialları arasında liderlərdən biri hesab edilir. Hörgü bloklarının istilik keçirmə qabiliyyəti digər tikinti materialları (kərpic, keramzitobeton və s.) ilə müqayisədə bir neçə dəfə aşağıdır ki, bu da bütün iqlim zonalarında bir təbəqəli hasarlama konstruksiyalarının istifadə edilməsi hesabına xərclərin eyni zamanda azaldılması zamanı böyük enerjiyə qənaət effektinin əldə edilməsinə imkan yaradır. Klassik istilik izolə edən materiallardan (məs. effektiv qızdırıcılar – mineral pambıq, genişləndirilmiş polistiren) fərqli olaraq, gobustone materiallarının yararlılıq müddəti faktiki olaraq qeyri-məhduddur.

Səs izolyasiyası

Məkanın səs izolyasiyasının zəruri səviyyəsinin təmin edilməsi müasir tikintinin ən mühüm məsələlərindən biri hesab edilir. Binaların daxilində səs-küyün səviyyəsini, quraşdırılmış böyük, ağır sədlərin yaxud səs dalğasının enerjisini udan və yayan məsaməli və lifli materiallardan hazırlanmış çox təbəqəli konstruksiyalardan istifadə edilməsi hesabına azaltmaq mümkündür.
gobustone blokları xüsusi strukturu hesabına səsin yüksək dərəcədə udulması ilə xarakterizə olunur.
Çox hallarda ağır tikinti materiallarının istifadə edilməsi zamanı, səs izolyasiyası üzrə qüvvədə olan tələblər əlavə tədbirlər həyata keçirilmədən yerinə yetirilir.

Vaxta qənaət

Məkanın səs izolyasiyasının zəruri səviyyəsinin təmin edilməsi müasir tikintinin ən mühüm məsələlərindən biri hesab edilir. Binaların daxilində səs-küyün səviyyəsini, quraşdırılmış böyük, ağır sədlərin yaxud səs dalğasının enerjisini udan və yayan məsaməli və lifli materiallardan hazırlanmış çox təbəqəli konstruksiyalardan istifadə edilməsi hesabına azaltmaq mümkündür.
gobustone blokları xüsusi strukturu hesabına səsin yüksək dərəcədə udulması ilə xarakterizə olunur.
Çox hallarda ağır tikinti materiallarının istifadə edilməsi zamanı, səs izolyasiyası üzrə qüvvədə olan tələblər əlavə tədbirlər həyata keçirilmədən yerinə yetirilir.

Yanğına davamlılıq

gobustone hörgü blokları DIN 4102 üzrə A klass yanmayan tikinti materiallarına daxildir. QOST 30244-94 əsasən, hörgü blokları YM klasına (yanmayan material) daxildir və izolə edən səthin temperaturu +400°C qədər olduqda belə istilik izolyasiyası üçün istifadə oluna bilər. İsveç, Finlandiya və Almaniyada aparılmış çoxsaylı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, temperatur +400°C-ə qədər qaldırıldıqda, hörgü bloklarının davamlılığı 85% artır.
Sıxlaşdırılmış tikinti metodlarından (məsələn mansard tipli mənzillərin tikilməsi və köhnə binaların bərpa edilməsi zamanı) istifadə edildikdə gobustone hörgü blokları yanğının yayılmasının qarşısını etibarlı şəkildə alır. gobustone markası bütün yanğına davamlılıq sinifləri üzrə tətbiq edilir. Bu səbəbdən onlar xüsusilə yanğına qarşı və kompleks ayırıcı divarların tikilməsi üçün yararlıdır. Bundan əlavə, yanğın zamanı hörgü bloklarından tüstü, zəhərli qaz ayrılmır.

Ekoloji təmiz

Hər hansı bir tikinti materialı üçün əsas şərtlərdən biri yüksək səviyyəli möhkəmlilik və şaxtaya davamlılıq xüsusiyyətlərindən əlavə, mükəmməl istilik saxlama xüsusiyyəti, yüksək oda davamlılıq və uzunömürlülükdür. Bununla yanaşı, bu materiallardan hazırlanmış konstruksiyalı binalarda yaşayan insanların təhlükəsizliyi nəzərə alınmalı, həmçinin binalar ətraf mühit üçün materialların təhlükəsizliyi baxımından ekoloji cəhətdən təhlükəsiz olmalıdır.
gobustone hörgü bloklarının istehsalında kvarslı qum, əhəng, su və sement kimi yalnız təbii komponentlərdən istifadə olunur. Məsamələrin yaradılması üçün isə alüminium pastadan istifadə olunur.
gobustone hörgü bloklarında məsamələri yaradan maddənin əsası olan alüminium pasta kimyəvi reaksiya nəticəsində mətbəxin şkafında saxlanılan alüminium qazandan təhlükəli olmayan hidroalümosilikatlar, neytral birləşmələr formalaşdırır.
Beləliklə, hörgü bloklarından zərərli qazlar və zəhərli maddələr ayrılmır.