Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Qazobetonun inşaatdakı populyarlığı: 3 səbəb

Məsaməli qazobeton bloklar inşaat sənayesində böyük populyarlıq qazanmış müasir tikinti materialıdır. Bu material öz rahatlığına və qənaətliliyinə görə geniş istifadə olunur, möhkəmliyi və uzunömürlülüyü ilə seçilir.
Bəs qazobeton blokların populyarlığının əsas səbəbləri hansılardır?
1. Qazobeton bloklar dəqiq həndəsi forması ilə seçilir. Bu da onlardan çox hamar səthlər inşa etməyə şərait yaradır. Blokun forması sadəcə tikinti prosesinə üstünlük qazandırmır. Həndəsi quruluş daxili işləmələrdə xərclərin xeyli dərəcədə azaldılmasına da xidmət edir. Əgər üzlük vurmağa ehtiyac yaranarsa, onu birbaşa bloka yapışdırmaq mümkündür.

2. Qazobeton xüsusi məsaməli strukturu ilə fərqlənir. Bu cür özəl quruluş imkan verir ki, buxar və nəmişlik divarlarda kondensat əmələ gətirməsin. Bu da həm məkanda əlverişli mikroiqlim yaradır, həm də bütün konstruksiyanın möhkəmliyini təmin edir.

3. Qazobeton qeyri-orqanik mənşəli olduğu üçün temperatur yüksələn zaman havaya toksik buxarlar ayrılmır. Material şaxta və yanğına qarşı çox dözümlüdür. Bu xüsusiyyətlərinə görə də məhz onlar ictimai binaların tikintisi üçün çox münasibdir. Məsaməli quruluş blok elementlərinin şaxtaya qarşı davamlılığına xüsusi müsbət təsir göstərir. Çünki onların daxilində donmuş su üçün əlavə həcm mövcuddur.

Gobustone məsaməli hörgü blokları da bu populyar məhsul kateqoriyasına aiddir. Qeyd edək ki, Gobustone məhsullarının istehsalçısı olan “AAC” müasir tikinti materialları zavodu Qafqaz regionunda məsaməli beton blokları istehsal edən ilk zavoddur. Blokların Azərbaycan bazarına daxil olması tikinti işlərinin texnologiyasını və müddətini xeyli dərəcədə dəyişib. Yüngül çəkisi və dəqiq ölçüləri olan bu inşaat materialının başqa bir önəmli üstünlüyü iqtisadi cəhətdən daha qənaətli olmasıdır.

Həm bu, həm də ekoloji təmizlik, yanğına, rütubətə davamlılıq kimi üstün cəhətləri sayəsində Gobustone məsaməli hörgü bloklarına, xüsusilə irimiqyaslı inşaat işlərində çox tələb var. Son zamanlar istər paytaxtda, istərsə də regionlarda bu tipli layihələrin reallaşması geniş şəkil alıb. Yüksək keyfiyyət və güvənli iş tələb edən bu cür inşaat sahələrini biz müasir standartlara cavab verən qazobeton və əhəng məhsulları ilə təmin edirik.