Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Məsaməli hörgü blokları üçün yapışdırıcı

Qazobeton yapışdırıcısı məsaməli hörgü blokları üçün xüsusi hazırlanmış sement əsaslı tikinti materialıdır. Digər gobustone məhsulları kimi qazobeton yapışdırıcısı da öz keyfiyyətinə görə yüksək Avropa standartlarına cavab verir. Ağ rəngli toz halında olan qazobeton yapışdırıcısı istifadədən əvvəl qatışıq halına gətirilir.

Hazırlanması:

Quru qatışıq az-az uyğun miqdardakı suya tökülür və gücü 600vt olan elektrik drelinə bərkidilmiş qarışdırıcı vasitəsilə qarışdırılır. İdeal qatışığı əldə etmək üçün məhsul 3-5 dəqiqə qarışdırılmalı və fasilə verilməlidir. 5 dəqiqə fasilədən sonra məhsul təkrar 30 saniyə müddətində qarışdırılmalıdır. Qatışıq özlü kütlə halına gəldikdən sonra 1-3 mm-lik tikişlər üçün istifadəyə uyğun olur.

İstifadə qaydası:

AZS 039-2000 standartına uyğun gələn qazobeton yapışdırıcısı məsaməli hörgü bloklarından inşa edilmiş xarici və daxili divarların nazik qatlı hörgüsü üçün istifadə olunur. Məhsulun istifadəsi zamanı istifadə yerinin təmiz, quru və möhkəm olması vacibdir. Eyni zamanda, yapışqanın tətbiq olunacağı səth yağ və pas kimi maddələrdən tamamilə təmizlənilməlidir. Əgər səthin xidmət temperaturu +25°C dən daha yüksək olarsa, səth əlavə olaraq nəmləndirilməlidir. Səthlərdə olan kiçik boşluqlar uyğun materialla doldurulub, düzləşdirildikdən sonra dişli kəmçə vasitəsilə 1-3 mm-lik nazik və xətasız qatışıq qatı çəkilir.

Üstünlükləri:

Qazobeton yapışdırıcısı asan hazırlanır və işlənir. Məhsulun 25 kq-lıq qablaşdırma torbalarında tədarük edilməsi dozalaşdıma zamanı səhvlərə yol verilməsinin qarşısını alır.

Məhsulun istifadə vaxtı 3saata qədərdir. Təkmilləşdirilmiş su saxlama qabiliyyətinə malik olduğu üçün emal zamanı qatışığın gözlənilməz quruması və nəticədə “yanması” təhlükəsi aradan qaldırılır.

Qatışıq yüksək yapışdırıcılıq qabiliyyətinə malik olması ilə seçilir. 1-3 mm – lik tikişlər gobustone inşaat qatışığının köməyilə divarın maksimal yükgötürmə qabiliyyətinə nail olunur.

Hörgü zamanı qazobeton yapışdırıcısından istifadəsi gobustone hörgü blokunun istilik və səs izolyasiyasının azalması müşahidə olunmur.