Yaşayış kompleksi «Port Baku Residence» – unikal yeni binalarda gözəl dəniz mənzərəli dəbli mənzillərdir!

Yerləşdiyi yer

«Port Baku Residence» yaşayış kompleksi Bakının Xətai rayonunda dəniz və Dəniz vağzalından dörd yüz metr məsafədə yerləşir. Yeni tikilinin yaxınlığından dəmir yolu keçir, kompleks hər tərəfdən sıx avtomobil magistralları ilə əhatə olunmuşdur. Altı yüz metr məsafədə Hökümət Evi yerləşir, şəhər meriyasına qədər olan məsafə üç kilometri keçmir.

Ətraf mühit

Yeni kompleks gözəl infrastrukturu olan mikrorayonda yerləşir. Yanında əla restoranı olan böyük bir biznes mərkəzi, böyüklər üçün xəstəxana, bir neçə otel, ərzaq mağazaları və supermarketlər var.

Yüz əlli metr məsafədə İlyas Əfəndiyev adına Elit Gimnaziya yerləşir, 27 saylı ümumtəhsil məktəbinə və Alım Məmmədov adına uşaq bağçasına beş yüz metrdən artıq məsafə deyil.

Kompleks sakinlərinin xidmətinə çox sayda müxtəlif bank şöbələri, tibb və təhsil müəssisələri fəaliyyət göstərir. Bundan başqa, burada ailənizlə birlikdə əylənə biləcəyiniz və istirahət edəcəyiniz yerlər də vardır.

Kompleksin xüsusiyyətləri

«Port Baku Residence» yaşayış kompleksi dəniz istiqamətində mərtəbələrinin sayı iyirmi səkkizdən doqquza qədər azalan, üç çox bloklu korpuslardan ibarətdir.

Binalar monolit-çərçivə texnologiyası ilə tikilib, yüksək seysmik davamlılığına və yaxşı enerji səmərəliliyi göstəricilərinə malikdirlər. Yeni kompleksin tikintisində ekoloji cəhətdən təhlükəsiz materiallar istifadə olunmuşdur, tikinti şirkəti erqonomik mənzillərlə gözəl və etibarlı binalar tikməyə imkan verən son texnologiyaları tətbiq etmişdir.

Binalar müasir texnoloji avadanlıqlar və keyfiyyətli mühəndis rabitələri ilə təchiz olunmuşdur, bloklarda səssiz, rahat liftlər quraşdırılıb.

Daxili ərazisində

Ərazinin abadlığı üçün tikinti şirkəti çoxlu qüvvə və vasitələr sərf etmişdir. Kompleksdə var:

  • avtomobil nəqliyyatı üçün müvəqqəti dayanacaq yerləri;
  • yeraltı parkinq;
  • uşaq meydançaları;
  • rahat, yaxşı təchiz olunmuş istirahət zonaları.

Binaların arasında avtomobil yoıları və gəzinti xiyabanları təşkil olunmuş, dekorativ bitkilər və ağaclar əkilmiş, qazonlar salınmışdır. Üzeyir Hacıbəyov küçəsi tərəfindən «Port Baku Residence» yaşayış kompleksi üçmərtəbəli bina ilə birləşdirilib ki, orada da mağazalar, kafelər, restoranlar, ofislər, kinoteatrı ilə şəxsi klub və infrastrukturun digər obyektləri yerləşir.