Ecazkar xarici görünüşü ilə alov dilimlərini xatırladan bu tikili elə buna görə də, “Alov Qüllələri” olaraq adlandırılıb. Tikilinin inşasına 2007-ci ildə başlanılmış və əlverişsiz hava şəraitinə görə 2013-cü ildə başa çatmışdır. Alov Qüllələri üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Kompleks daxilində yataqxanalar, mənzillər, otel və ofislər var.
Alov qüllələri 2013-cü ildə Avropanın daşınmaz əmlak bazarında ən iri innovasiya layihəsi olan MIPIM 2013 müsabiqəsinin “Ən yaxşı otel və turizm mərkəzi” nominasiyasının qalibi elan edilib.
Tikili ümumi olaraq 235 min kv.metr sahəni əhatə edir.İşıqlandırılma üzrə birinci yeri tutan Alov Qüllələri üstündə animasiyon mənzərə vermək üçün tamamilə ekranlarla örtürülüb.