Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone

Nuh Yapı Ürünleri firmasında təlim keçirildi

AAC şirkəti hər bir şirkət əməkdaşının fərdi yerinə yetirdiyi işdə yüksək performans göstərə bilməsi və eyni zamanda, fərdi bilik və iş bacarıqlarını inkişaf etdirmələri üçün daha təcrübəli işçilərin və mütəxəssislərin təcrübələrindən faydalanmalarını təmin edir. Şirkət daimi inkişafı təmin etmək məqsədi ilə müntəzəm olaraq təlimlər və görüşlər təşkil edir.  

Bu təlimlərdən biri də qardaş Türkiyənin Kocaeli bölgəsində yerləşən Türkiyə Gazobeton Üreticileri Birliği (TGÜB) həqiqi üzvü Nuh Yapı Ürünleri firmasında baş tutmuşdur.  1 və 2 dekabr tarixləri ərzində baş tutmuş təlimdə AAC şirkətinin üç əməkdaşı – istehsalat və texniki departament rəhbəri Niyaz Abdullayev, keyfiyyətə nəzarət departamentinin direktoru Məhərrəm Şaliyev və Texnoloq Yaqub Hüseynov  iştirak etmişdir.

Təlimdə iştirak etmiş AAC əməkdaşları 1984-cü ildən etibarən fəaliyyətə başlayan, ümumilikdə 37 illik nəhəng təcrübəyə sahib Nuh Yapı-nın təcrübəsindən faydalanmış və real iş mühitində texnoloji yeniliklərin tətbiqi ilə yaxından tanış olmuşdur. Bununla birlikdə, inkişafda olan yaşca gənc müəssisəmiz Nuh Yapı-nın keçdiyi təcrübə yolunu öyrənərək keyfiyyət göstəricilərini daha da yüksəltmə şansı əldə etmişdir.