Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Modern memarlığın günümüzdəki izləri

Modern memarlıq dedikdə ilk olaraq ağla günümüzə qədər gəlib çatan cazibədar memarlıq
nümunələri gəlir. Hər hansı bir memarlıq nümunəsini əks etdirən görüntü dedikdə isə belə
şəhərlərin arxitekturası nəzərdə tutulur. Modern memarlığı özündə birləşdirən dəyər
keçmişin müxtəlif çalarlarını, bu günün aktual dizaynını və gələcəyin xəyal dünyasını özündə
birləşdirməsidir.

Arxitektura daima dəyişən, inkişaf edən, yenilənən bir prosesdir. Memarlıq keçmişdə daha çox
barokko, rokoko, qotizm və s. cərəyanları ilə seçilirdisə, indi kitçi, modern, ekspersionizm stilləri
ilə aktuallıq təşkil edir. 21-ci əsrdə ən çox çiçəklənmə dövründə olan “Modern memarlıq”
incəliklərinə toxunaq.
Modern memarlıq 1890-1910-cu illərdə Avropada formalaşsa da, hal-hazırda inkişaf
mərhələsindədir. Bu tərzin özünəməxsusluğu klassik dizayndan və bucaqlardan kənarda
qeyri-adi çalarlara köklənməsidir. XIX-XX əsrdə tikinti materiallarının azlığından bəzi ideyalar
tam yerinə yetirilə bilməsə də, XXI-ci əsrdə tikintiyə yeni materialların qatılması memarlar
üçün sərhədləri aradan qaldırdı.

Azərbaycanda modern memarlıq nümunələrinə misal olaraq “Heydər Əliyev Mərkəzi”, “Ağ
şəhər”, “Port Baku Residence”, “Bakı Olimpiya Stadionu”, “Bakı Konqres Mərkəzi”, “Intourist
Hotel” binalarının adlarını çəkə bilərik. Bütün bu nümunələrin tikintisində Gobustone izlərinə
rastlaya bilərsiniz. Hər bir memarlıq nümunəsini inşa edən memar onun çertyojunu çəkməklə
yanaşı, təməlinin sağlam qoyulmasını vacib amil sayır.

Gobustone hörgü bloklarının köməyi ilə inşa edilən hər bir memarlıq nümunəsi illər keçsə də,
öz səs-sədasını qoruyub saxlayır. Gobustone hörgü bloklarının digər hörgü bloklarından
üstünlüyü daha az vaxt və işçi qüvvəsinin sərf olunmasıdır və bu da 30% qənaətə gətirib çıxarır.
Ekoloji cəhətdən təmiz, yanğına qarşı davamlı, səs və termoizolyasiya üstünlüyünə sahib olan
hörgü blokları uzunömürlülüyü ilə seçilir.