Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

İnşaat zamanı istifadə olunan Gobustone əl alətləri

İnsanlar arasında əl alətlərinin istifadəsi 2.6 milyon il əvvəldən başlayır. Ən qədim əl aləti “Oldowan” olaraq bilinən daş alətləridir. Bu alətlər ilk dəfə Efiopiyanın Qona şəhərində istifadə edilmişdir. Yumruq böyüklüyündə olan bu daş alətlər heyvanları ovlamaq və kəsmək üçün istifadə edilmişdir.

Təxminən bir milyon il ərzində insanlar ehtiyaclarına görə daş alətlər düzəltdilər və zamanla fərqli təbii mühitlərə uyğunlaşaraq bu alətləri inkişaf etdirdilər. O vaxtdan bəri uzun bir yol qət edildi və yeni, istifadəsi asan və keyfiyyətli əl alətləri hazırlandı. 

Xüsusi olaraq hazırlanmış, Gobustone tikinti materialları ilə iş zamanı istifadə olunan əl alətləri isə inşaat işinin dəqiq, tez və itkisiz başa çatmasına kömək edir.

Rezin çəkic

Rezin çəkicdən istifadə edilməklə tikilən divarda bloklar cərgələr üzrə tarazın göstərişinə müvafiq olaraq nizamlanır. Blokları rezin çəkic vasitəsilə şaquli və üfüqi istiqamətdə vurub nizamlamaqla, blokların daha yaxşı yapışması təmin edilir.

Kanal açan

Məsaməli hörgü bloklarından tikilən divarlar üzrə santexnika boruları və elektrik naqilləri üçün kommunikasiya kanallarının açılması üçün kanal açan alətdən istifadə edilir.

Cilalama lövhəsi

Divarın üfüqi və şaquli səthindəki nahamarlığı aradan qaldırmaq məqsədilə cilalama lövhəsindən istifadə olunur.