Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone məsaməli hörgü blokları ilə 6 addımda divar hörülməsi

Gobustone məsaməli hörgü blokları ilə divar hörülməsi qısa müddətdə və asanlıqla başa gəlir.  Sadəcə 6 addım kifayətdir ki, ideal bir divar inşa edəsəniz.

  1.   Təməli hazırlayın

Hörgü işlərinə başlamazdan əvvəl ilk olaraq təməl hazırlanmalıdır. Bunun üçün taraz vasitəsilə təməlin horizontal düzlüyü yoxlanmalıdır. Divar inşa ediləcək səth həm də təmiz olmalıdır. Səthi su və fırça ilə təmizləyin ki, sonda ən yaxşı nəticəyə sahib olasınız. Təmizlənmiş səthə hidroizolyasiya qatını çəkin. 

  1.   Divar xəttini müəyyən edin və blokaltı bərabərləşdirici qarışığı tökün

İlk cərgəni hörməyə başlamazdan əvvəl göstərici ip və metrə köməkliyi ilə ölçülərinizi dəqiqləşdirin. Təmiz səthə qum və sement qarışığından hazırlanmış blokaltı bərabərləşdirici qarışığı tökün. Onu da diqqətinizə çatdıraq ki, blokaltı bərabərləşdirici qarışığa gobustone yapışdırıcısı tökmək məsləhət deyil.

  1.   Məsaməli hörgü blokları üçün yapışdırıcını hazırlayın

Gobustone hörgü bloklarını inşa etmək üçün gobustone yapışdırıcısından istifadə edilir. Bu yapışdırıcı məsaməli hörgü blokları üçün xüsusi olaraq istehsal edilir. Əvvəlcə təmiz bir qaba ağ toz halındakı gobustone yapışdırıcısını tökün və su əlavə edərək zəif dövriyyəli qarışdırıcı aparat vasitəsilə 3-5 dəqiqə qarışdırın. Onu da nəzərə alın ki, hazırlanan yapışdırıcının istifadə müddəti hazırlandığı andan etibarən 2 saat effektivdir.

  1.   İlk cərgəni hörün

Hazırladığınız gobustone yapışdırıcısını dişli kəmçə köməkliyi ilə blokların şaquli səthlərinə səthi tam örtəcək şəkildə çəkin. Blokların blokaltı bərabərləşdirici qat ilə təmas səthini su ilə isladın və bir küncdən başlayaraq blokları sürüşdürmədən bərabərləşdirici qat üzərinə yerləşdirin. Rezin çəkiclə asta şəkildə vuraraq bərabərliyi təmin edin. Məsaməli hörgü bloklarından tikiləcək divarın İlk cərgəsinin dəqiqliyi bütün hörgü posesinə təsir etdiyi üçün bu mərhələdə olduqca diqqətli olmağınızı məsləhət görürük.

  1.   İkinci cərgəni hörün

Birinci cərgə tamamlandıqdan sonra ikinci cərgəni hörmək üçün əvvəlcə 4-5 saat gözləmək lazımdır. İkinci cərgəni hörən zaman şaquli birləşmə yerlərinin aşağıdakı blokun ortasında olmasına diqqət edin. İkinci cərgəni hörərkən blokların bir-birləri ilə təmas edən səthlərinə dişli kəmçə köməkliyi ilə gobustone yapışqanı tətbiq edin.

  1.   Divar düzlüyünü taraz vasitəsilə yoxlayın

Hər cərgə tamamlandıqdan sonra tarazlığın yoxlanması mütləqdir. Bu həm inşa etdiyiniz divarın düzlüyünə, həm də dəqiqliyinə imkan verəcək.