Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone

Gobustone məsaməli hörgü bloklarının üstünlükləri

Daş hörgü inşaat texnikasının, inşaat fizikasının və ətraf mühit texnikasının tələblərinə cavab verməlidir. Buna görə də usta və ya memar tikintinin lap əvvəlindən inşaat obyektinin tələbatlarına uyğun olacaq düzgün inşaat materialı seçməlidir.

Bu bloqumuzda gobustone hörgü bloklarının üstün özəllikləri haqqında danışacağıq.

YÜNGÜLDÜR. Digər divar materiallarından (kərpic və mişar daşı) fərqli olaraq daha yüngül olduğundan məsaməli hörgü bloklarından tikilən bina və tikilələrdə tavan və özülə düşən ümumi yük çox az olur.

İSTİFADƏSİ ASANDIR. Gobustone hörgü blokları ümumilikdə beton qrupuna daxil edilməsinə baxmayaraq, taxta materialı kimi mişarla asanlıqla kəsilmə imkanına sahibdir. Bu bloklarla hörülmüş divarlarda çox asanlıqla müxtəlif kommunikasiya xəttləri üçün kanal və dəliklərin açılması, mismarın vurulması mümkündür.

ZƏLZƏLƏYƏ DAVAMLIDIR. Tikintisində gobustone hörgü bloklarından istifadə edilmiş binaların kütləsi az olduğuna görə seysmik cəhətdən zəlzələrə qarşı daha davamlı olurlar.

YANĞINA QARŞI DAVAMLIDIR. Gobustone hörgü blokları 1200°C-yə qədər temperatura davamlıdır. Yanğına qarşı davamlılığı baxımından A1 qrupuna daxil olan yanmayan material kimi DIN 4102 standartının tələblərinə tam olaraq cavab verir.

KOMMUNAL XƏRCLƏRİNİZƏ QƏNAƏT. Digər hörgü materialları ilə müqayisədə daha çox temperatur izolyasiyasına malik olan gobustone hörgü bloklarından tikilən obyektlərdə isitmə-soyutma sistemlərinin quraşdırılması və sonrakı istismar xərcləri ənənəvi məhsullarla (kərpic, mişar daşı) tikilən binalara nisbətən daha az olur.

ƏTRAF MÜHİT DOSTUDUR. Gobustone hörgü bloklarının istehsalında xammal kimi kvars qumundan istifadə edilir (yəni, kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edilmir) və bununla da ətraf mühitə zərər vurulmur.

SƏS İZOLYASİYASI. Gobustone hörgü blokları məsamələri sayəsində yüksək səs izolyasiyası imkanlarına malikdir.

ÖLÇÜLƏRDƏ DƏQİQLİK. Gobustone hörgü blokları müasir texnologiyalara əsaslanaraq istehsal edildiyi üçün hamar səth və kənarlara malikdir (hörgü blokları 1 mm-ə qədər dəqiqliklə kəsilə bilməkdədir).

İŞ YÜKÜNÜN AZALMASI. Gobustone hörgü bloklarının səthi kifayət qədər hamar olduğundan bu bloklarla hörülmüş divarların əlavə suvağa ehtiyacı yoxdur. Bu da öz növbəsində iş yükünü azaltmaqla maliyyə resurslarına qənaət etməyə imkan verir.