
Gobustone hörgü bloklarının yanğına davamlılığı
Tarixən hörgü bloklarından tikilmiş binalar mövcud olan ən etibarlı və yanğına davamlı binalar olaraq xarakterizə edilmişdir. Bu həm tikinti mərhələsində, həm də binanın sonakı istismar müddətində özünü göstərir.
Binalardakı divarların yanğına davamlılığı, binaların tikintisi zamanı istifadə olunan bloklardan asılıdır. Hörgü blokları yalnız strukturun dayanıqlılığını deyil, həm də sakinlərin təhlükəsizliyini təmin etməlidir.
Yanğın təhlükəsini mümkün qədər azaltmaq və yanğına daha dayanıqlı binalar inşa etmək üçün binaların tikintisinə başlamazdan əvvəl tikinti materiallarının bir sıra göstəricilərini nəzərdən keçirmək lazımdır.
İnşaat materialları yanan və yanmayan materiallara bölünürlər. Yanan inşaat materialları isə zəif yanan, mülayim yanan, normal yanan və güclü yanan qruplara bölünürlər. Yanarlılıq və yanarlılıq üzrə inşaat materiallarının qrupları QOST 30244 uyğun olaraq təyin olunur. Yanmayan inşaat materialları üçün isə yanğın təhlükəliliyinin digər göstəriciləri müəyyənləşdirilmir və normalaşdırılmır.
Yanğın əleyhinə müdafiə normaları inşaat ünsürlərinin alışan olub-olmamasını və inşaat ünsürlərinin hansı müddətə yanğına davamlı olduqlarını nizamlayır. Beləliklə, yanğının əmələ gəlməsinin və yayılmasının qarşısı alınır və yanğın zamanı xilasetmə əməliyyatların aparılması imkanı təmin olunur.
Gobustone hörgü bloku tez alışan deyildir və QOST 30244-94 standartlı alışmayan materiallara aid edilmişdir. Hətta yalnız bir tərəfdən suvaqla örtülmüş 7,5 sm qalınlığındakı divar birtərəfli yanğın yükləməsində 90 dəqiqə davam gətirir və bununla da standart üzrə tələblərə cavab verir.
Gobustone hörgü blokları 1200°C-yə qədər temperatura davamlıdır. Yanğına qarşı davamlılığı baxımından A1 qrupuna daxil olan yanmayan material kimi DIN 4102 standartının tələblərinə tam olaraq cavab verir.
Onu da qeyd edək ki, Avropada binaları yanğından sığortalayan sığortaçılar hörgü bloklarından olan obtektlərə sərfəli sığorta haqqları təklif edirlər.