Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone

Gobustone hörgü bloklarının istilik və hava izolyasiyası

İnsanlar vaxtlarının böyük hissəsini qapalı məkanlarda keçirir. Yaşadığımız, işlədiyimiz, təhsil aldığımız və s. yüzlərlə bu kimi ehtiyaclarımızı ödədiyimiz məkanların hamısı qapalı məkanlardır. Deməli, biz günümüzün demək olar ki, 90%-ni bir bina içərisində nəfəs alaraq keçiririk. Nəfəs aldığımız havanın insan orqanizminə olan təsiri hər kəsə məlumdur. İnsan dəqiqədə 14-16 dəfə nəfəs alır, bir gün ərzində isə bu təqribən 20.000-23.000 dəfə nəfəs almaq deməkdir. Elə buna görə də, vaxt keçirdiyimiz məkanların havası təmiz olmalı və eyni zamanda binanın rütubətlilik səviyyəsi normalara uyğun olmalıdır. Bəs bir binanın hava və istilik izolyasiyasını normativlərə uyğun səviyyəyə necə gətirmək olar?

Bunun üçün əsas məqam binanın tikintisi zamanı nəzərə alınmalıdır. Bina tikilərkən istilik izolyasiyası, rütubət əleyhinə müdafiə kimi müxtəlif inşaat fizikası meyarları nəzərə alınmalıdır. Azərbaycanda tikinti materialları istehsalı sahəsində öz sözünü demiş Gobustone-nun istehsal etdiyi hörgü blokları ilə inşa edilmiş tikililər bu meyarları özündə birləşdirərək sağlam və yüksək səviyyəli yaşayış komfortu təmin edir. Gobustone hörgü blokları müxtəlif sıxlıqlarda  və xüsusi üsulla hazırlanır. Binanın ümumi isidilməsi əsas olaraq binanın daxili mənbələrindən və tikinti zamanı istifadə olunan hörgü bloklarının istilik keçirmə qabiliyyətindən asılıdır. Buna görə də Gobustone hörgü blokları ilə inşa edilmiş binalar həm istilik, həm enerjiyə qənaət baxımından yüksək keyfiyyətli olurlar.

Bundan əlavə, Gobustone hörgü blokları yüksək suhopdurma qabiliyyətinə malikdir. Yağıntılar zamanı xarici divarda toplanan nəm gobustone hörgü blokları sayəsində diffuziya olunaraq aradan qaldırılır. Ventilyasiya və isitmənin köməyi ilə tənzimlənmiş axın yoxdursa, binanın istifadəsi zamanı müntəzəm olaraq inşaat ünsürlərində toplana bilən rütubət yaranır. Divar daxilində toplana bilən rütubətin miqdarı Gobustone hörgü bloklarının suhopdurma qabiliyyətindən aşağıdır. Buna görə də Gobustone hörgü blokları ilə hörülmüş divarlar rütubətli olmur.