Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone hörgü blokları ilə yayı sərin keçir

Əvvəlki yazılarımızda Gobustone Hörgü Bloklarının yanğına və zəlzələyə davamlılıq, ekoloji təmiz olma, rahat işlənmə kimi üstün özəlliklərindən bəhs etmişdik. Amma gobustone bloklarının üstünlükləri bunlarla məhdudlaşmır. Sadaladıqlarımızla yanaşı enerji sərfiyyatında qənaətə imkan verməsi onun inşaat üçün ideal bir tikinti məhsulu olduğunu deməyimizə əsas verir.

İsti yay günləri yaxınlaşır. Yayın qızmar istilərindən qorunmaq üçün hər kəs qapalı məkanlara üz tutur. Bina və mənzillərdə quraşdırılmış kondisioner sistemləri bəzən fasiləsiz işləyir ki, məkanlarda yaşayış üçün ideal temperatur yaransın. Soyuq qış günlərindəki “xahiş edirik qapını bağlayın” şablonu bu dəfə məkanı isti saxlamaq üçün yox, soyuq saxlamaq üçün istifadə olunur.

Hər şey əla görünür. Açıq havanın istisindən xilas olub kondisionerli otaqlarda sərinlədik və rahatlıq tapdıq. Amma bir nüansı unutduq. Ay sonu qapımızı döyəcək yüksək işıq pulu məbləğini.

Əgər hər ay yüksək komunal məbləği ödəmək istəmirsinizsə, o zaman seçiminizi Gobustone hörgü bloklarından yana etməyinizi məsləhət görürük.

Gobustone hörgü blokları necə ki, yüksək istilik izolyasiyası özəlliyi sayəsində soyuq qış aylarında havadakı soyuğun evə daxil olmasının qarşısını alır, eynilə yayın qızmar isti günlərində də isti havanın evə daxil olmasını əngəlləyir. Eyni zamanda gobustone hörgü blokları ilə tikilmiş divarlar içəridəki soyuq havanın çölə getməsinin qarşısını alır. Gobustone hörgü bloklarından hörülmüş divarlar sayəsində yayda sərinlik uzun müddət otaqlarda qaldığı üçün enerji sərfiyyatı da xeyli azalır.

Gobustone məsaməli hörgü bloklarının enerjiyə 30-40 faiz qənaət etməsi büdcənizə böyük miqdarda əlavə gəlir və daha komfortlu həyat deməkdir.

Hörgü bloklarının istilik izolyasiyası özəlliyinə sahib olmasına səbəb blokların məsaməli quruluşudur. Bu özəl quruluş balanslı otaq temperaturu yaradaraq rahat və sağlam məkanlar bəxş edir.