
Gobustone ətraf mühitə qarşı məsuliyyət daşıyır
Dünyadakı təbii mənbələr məhduddur və bu mənbələrdən istifadə etdikdə onların yerinə yenisini yarada bilmirik. Təbiət isə bizə deyir ki, bu şəkildə davam etsək, gələcək nəsillərə bir dünya bəxş edə bilməyəcəyik. Bəs bunun qarşısını necə ala bilərik?
Bu mövzuda atılan hər addımın çox böyük təsiri var. Atılacaq ən vacib addım dünya mənbələrindən ağıllı istifadə etmək, yəni daha az istehlak etmək və təkrar emalın əhəmiyyətini dərk etməkdir. Təkrar emalı həyatın bütün sahələrində tətbiq etsək, dünyamıza bir gələcək bəxş edə bilərik.
Təkrar emal, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir.
Təkrar emala ehtiyac müharibələr səbəbindən qaynaq çatışmazlığı ilə ortaya çıxmışdır. Bu mövzunun həssaslığına diqqət çəkmək üçün “Beynəlxalq Təkrar Emal Assosasiyası” 2019-cu ildən mart ayının 18-ni “Dünya Təkrar Emal” günü elan etmişdir.
Tullantıların təkrar emal yolu ilə xammal kimi təkrar istifadəsi böyük enerji qənaətinə şərait yaradır. Məsələn, təkrar alüminiumdan istifadə sıfırdan alüminium hazırlamaqla müqayisədə 35%-ə qədər enerjiyə qənaət etməyə imkan verir.
Tullantıların xammal kimi istifadəsi ətraf mühitin çirklənməsinin qarşısını almaq baxımından da çox vacibdir. Təkrar emal resursların tükənməsinin qarşısını almağın və tullantıların miqdarını azaltmağın yeganə yoludur.
Təkrar emalın üç əsas məqsədi var. Bunlardan birincisi, daha az zibilin poliqonlara getməsini təmin edərək hava, su və torpaq çirklənməsinin azaldılmasına kömək etməkdir. İkinci fayda iqtisadidir. Təkrar emal edilə bilən materialların bu prosesə daxil edilməsi və xammal kimi təkrar istifadəsi ölkələr üçün ciddi iqtisadi qazanc təmin edir. Üçüncü və bəlkə də ən vacib hədəf ətraf mühitə fayda verməkdir. Bir şeyi atanda ondan qurtulduğumuzu və bir daha görməyəcəyimizi düşünürük. Təəssüf ki, belə deyil. Atdığımızı və canımızı qurtardığımızı düşündüyümüz “zibil” zibilxanalara daşınır və bu zibilxanalar ətraf aləm üçün pis qoxu, pis görüntü və mikrob mənbəyidir. Təkrar emal yolu ilə iqtisadiyyata fayda verə biləcək tullantılar həmin zibilxana ərazilərində yer tutur və mənbələrin israfına səbəb olur.
Bu mövzuda həssas olan Gobustone enerji ehtiyyatlarının get-gedə azaldığı dünyamızda təbiət dostu və tikinti zamanı daha az sərfiyyat tələb edən məhsulları ilə bu tendensiyaya xüsusi diqqətlə yanaşır.
Gobustone məsaməli hörgü bloklarının tərkibində kimyəvi əlavələr və digər zərərli qazlar yoxdur. Bu xüsusiyyət onu ekoloji cəhətdən təmiz məhsullara aid edilməsini təmin edir. Gobustone məhsulları tamamilə ekoloji təmiz olmaqla yanaşı enerji sərfiyyatında qənaətə yol açır.
Bundan əlavə, ətraf mühitə qarşı münasibətdə məsuliyyət daşıdığından AAC şirkəti digər müəssisələrlə birlikdə tullantıların utilizə edilməsi və ikincili emalı üçün ekoloji və iqtisadi cəhətdən səmərəli yollar işləyib hazırlamaqdadır.
Bizim bu gün yaratdıqlarımız gələcəkdə ətraf mühiti çirkləndirməməlidir.