Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Binalardakı rütubət probleminin həlli

İnsanlar mənzil, iş, təhsil və bənzər ehtiyaclarını ödəmək üçün günlərinin çox hissəsini binalarda keçirir. Bu səbəbdən binaların daxili iqlimi insan sağlamlığına əhəmiyyətli dərəcədə təsir göstərir. İstilik izolyasiyası, təbii günəş işığı və təbii havalandırma sağlamlıq baxımından ideal məkanlar yaratmaq və enerji istehlakını minimuma endirmək üçün əvəzolunmaz mənbədir. 

Ölkəmizdəki mənzil və fərdi evlərlə bağlı ən vacib problemlərdən biri binalarda yaranan rütubətdir. İnsanların çoxu evlərindəki rütubətdən, evlərinin qızmamasından və evdəki istiliyin itirilməsindən şikayət edir.

Bəs binalarda rütubət necə yaranır?

Hər nə qədər hiss etməsək də, günlük həyatımızda ev içərisində evin rütubətlənməsinə səbəb olacaq buxar yaranır. Hamam otağının istifadəsi, qab yuma, yemək bişirmə zamanı və hətta ev sakinlərinin nəfəs alması zamanı ev içərisində davamlı olaraq nəm və buxar əmələ gəlir. Nəm problemi ümumiyyətlə düzgün izolyasiya olunmayan evlərdə olur. Uyğun istilik izolyasiya materialının seçilməməsi, düzgün tətbiq edilməməsi, istiliyin evdəki otaqlara bərabər paylanmaması və ya alt və ya yuxarı mənzillərin qızmaması da rütubəti yaradan başlıca səbəblərdəndir. Eyni zamanda inşaat materialının istehsalı və binanın tikintisi zamanı, suvaq çəkilərkən və tikişsiz döşəmə quraşdırılarkən rütubət binanın inşaat ünsürlərinə daxil olur və ümumilikdə binanın rütubətlənməsinə səbəb ola bilir. Mənzilimizdə yaranmış rütubət təkcə mənzilimizə deyil, eyni zamanda həm də sağlamlığımıza zərər verir.

Rütubətin qarşısını necə almaq olar?

İnşaat materiallarının istehsalı və bina tikilişi zamanı olan rütubət müəyyən müddət sonra taraz rütubət səviyyəsinədək azalır. Amma divar daxilində toplanan rütubətin miqdarında öz özlüyündən azalma qeydə alınmır. Bunun üçün də tikinti zamanı inşaat materialları düzgün seçilməlidir. Gobustone hörgü blokları ilə tikilmiş və blokların özləri kimi buxar keçiriciliyinə malik olan yüngül suvaqlı divarlarda praktiki olaraq kondensasiya olunmuş su yaranmır. QOST 12852.6-77 standartı üzrə Gobustone blokunun diffuziya hesablamasına ehtiyac yoxdur. Məsələn, yemək hazırlama, hamam otağının istifadəsi  zamanı otaqda havanın rütubətinin qısamüddətli artması halında gobustone bloklarından olan divarlar suvaq materialı ilə birlikdə rütubəti özünə çəkmək daha sonra isə onu otağın rütubət rejiminə ötürmək qabiliyyətinə malikdirlər. Bu divarların nəfəs almasına, bununla da otağın mikroiqliminin normallaşmasına, ev sakinlərinin rahatlığına və sağlamlığına müsbət təsir göstərir.