2011-Cİ İLDƏN BƏRİ SİZİNLƏYİK
HAQQIMIZDA
AAC MMC şirkəti «gobustone» markası altında məsaməli beton bloklar və əhəng istehsal edir. Şirkət Almaniyanın “Wehrhahn“ firmasının orijinal avadanlıqlarındandan istifadə edir, bütün məhsullar milli və beynəlxalq standartların tələblərinə cavab verən müasir laboratoriyada məhsulların keyfiyyətinə nəzarət edilir. Zavodunun günlük istehsal gücü 600 m3 qazobeton və 100 ton həcmində yüksək keyfiyyətli əhəng istehsal etməyə imkan verir. İstehsal prosesi beynəlxalq standartlara uyğun, ekoloji cəhətdən təmiz və ətraf mühitə ziyansız şəkildə həyata keçirilir. Məsaməli beton digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. İstehsal olunan məsaməli beton blokları istilik keçirməmək xüsusiyyətinə görə kərpicdən 6 dəfə üstün, ekoloji baxımdan təhlükəsiz, yanğına və zəlzələyə davamlıdır. Yüngül çəki və dəqiq ölçüləri olan bu beton bloklar iqtisadi cəhətdən daha qənaətlidir. Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur.