Quick contact info

Introducing a truly professional WordPress theme built to last! We developed Wilmër for all construction & architecture sites.

icon_widget_image Monday-Friday: 9am to 5pm; Satuday: 10ap to 2pm icon_widget_image 7300-7398 Colonial Rd, Brooklyn, NY 11209, USA icon_widget_image + (123) 1234-567-8900 + (123) 1234-567-8901 icon_widget_image wilmer@qodeinteractive.com wilmer2@qodeinteractive.com

Gobustone

AAC şirkətinin əməkdaşları Qrinfeld Qleb İosifoviç təlimində

AAC şirkəti əməkdaşların məlumat səviyyəsinin yüksəldilməsi məqsədilə bir sıra təlimlər həyata keçirir. Təlimlərdə əsas diqqət inşaat texnikası, inşaat məhsulları, inşaat normaları və s. kimi vacib məqamların daha dərindən öyrənilməsinə və yeniliklər barədə məlumatların verilməsinə yönəldilir.

Bu təlimlərdən biri də “MHB hörgüsünün texnikası və tələb olunan normaların dəqiqləşdirilməsi” mövzusunda olmuşdur. Təlim AAC zavodunda 12 oktyabr, 3 noyabr və 9 dekabr tarixlərində, üç dəfə baş tutmuşdur. 

Baş tutan təlimdə istehsalat və texniki departament rəhbəri Niyaz Abdullayev, keyfiyyətə nəzarət departamentinin direktoru Məhərrəm Şaliyev, satış və marketinq departamentinin direktoru Orxan Babayev, satış şöbəsinin rəhbəri Sərvan Aslanov, MHB satış nümayəndəsi Səbuhi Sadiq, MHB satış nümayəndəsi Sərxan Qasımov və satış sonrası texniki dəstək mütəxəssisi Tofiq Piriyev iştirak etmişdir.

Təlim iştirakçıları Qrinfeld Qleb İosifoviç ilə görüşmüş və tikinti zamanı Məsaməli Hörgü Bloklarının riayət edilməli normaları və qaydaların standartlara uyğun icra edilməsinin təsdiqinin təmini haqqında ətraflı məlumat almışdır. Təlimdə eyni zamanda, texniki kitabça və lazımi bir çox tikinti məlumatlarının çapı haqqında detallı məlumatlar və faydalı biliklər paylaşılmışdır. 

Keçirilən təlimlərdə iştirakçıların bütün sualları cavablandırılaraq qaranlıq məqamlar aradan qaldırılır. Bu da öz növbəsində əməkdaşların gələcək fəaliyyətlərində daha professional olmalarına imkan verir.