MƏHSULLAR

Hörgü Blokları

image description

 

d500

 

 

Coming soon..

 

 

olculer

 

 

İstilik izolyasiyası


İstiliyin böyük hissəsi xarici divarda itirilir. Bunun qarşısını evin divarlarını tikərkən gobustone bloklarından istifadə etməklə almaq mümkündür. Məsamələrində havanın olması hesabına gobustone tikinti materialı mükəmməl istilik izolyasiya etmə xüsusiyyətlərinə malikdir. Bazarda əldə edilə bilən çoxlu sayda divar materialları arasında gobustone hörgü blokları ən aşağı istilik keçirmə əmsalı ilə xarakterizə olunur. gobustone bloklarının istilik keçirmə əmsalı cəmi 0,12 Vt/m°C-dir. Bundan əlavə qeyd etmək lazımdır ki, digər materiallardan fərqli olaraq gobustone bloklarının istilik keçirmə qabiliyyəti bütün istiqamətlərdə eyni olaraq aşağıdır.

Evdə istiliyin saxlanılması, həmçinin gobustone texnologiyası üzrə tikinti aparılarkən zərif tikişli hörgü metodunun tətbiq edilməsi müsbət təsir göstərir. Tikinti bloklarının ölçülərində yüksək dəqiqliyin olması hesabına, divarın tikilməsi yapışdırıcı məhlul əsasında həyata keçirilə bilər. Bununla belə tikişlərin qalınlığı 1-3 mm-dən artıq olmur. Əlavə olaraq isə şaquli tikişlərin yapışdırıcı məhlulla tamamilə doldurulmasına ehtiyac yaranmır – onları “oyuq-daraq” sistemi əvəz edir.

Bununla da, bloklar bir-birinə möhkəm sıxlaşdırılır və məkanın daxili atmosferi ilə xarici mühit arasında baş verən aktiv istilik mübadiləsinin qarşısını alır.

gobustone materialından tikilən divar bir növ “kondisioner” hesab edilir – material günün isti saatlarında istini toplayır və gecə yavaş-yavaş yenidən yayır. gobustone hörgü bloklarından tikilən divar mexaniki müdaxilə olmadan temperaturun dəyişməsini tənzimləyir. Nəticədə, yüksək dərəcəli istilik izolyasiyası, həmçinin istiliyin toplanması hesabına bütün evdə daimi və arzuolunan temperatur təmin edilir. Qışda istiliyə qənaət edilir, yayda isə xoş sərin hava saxlanılır.

Eni 20-30 sm olan, gobustone bloklarından tikilən divar, Azərbaycan iqliminin xüsusiyyətlərinə və istilik izolyasiyası üzrə normativ tələblərə tam şəkildə cavab verir.
 

 

 

Yanğına davamlılıq


Yanğına davamlılıqGobustone hörgü blokları DIN 4102 üzrə A klass yanmayan tikinti materiallarına daxildir. QOST 30244-94 əsasən, hörgü blokları YM klassına (yanmayan material) daxildir və izolə edən səthin temperaturu +400°C qədər olduqda belə istilik izolyasiyası üçün istifadə oluna bilər. İsveç, Finlandiya və Almaniyada aparılmış çoxsaylı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, temperatur +400°C qədər qaldırıldıqda, hörgü bloklarının davamlılığı 85% artır.

Sıxlaşdırılmış tikinti metodlarından (məsələn mansard tipli mənzillərin tikilməsi və köhnə binaların bərpa edilməsi zamanı) istifadə edildikdə gobustone hörgü blokları yanğının yayılmasının qarşısını etibarlı şəkildə alır. gobustone markası bütün yanğına davamlılıq sinifləri üzrə tətbiq edilir. Bu səbəbdən onlar xüsusilə yanğına qarşı və kompleks ayırıcı divarların tikilməsi üçün yararlıdır. Bundan əlavə, yanğın zamanı hörgü bloklarından tüstü, zəhərli qaz ayrılmır.

gobustone

• yanmayan və oda davamlı material
• termiki izolə edici material
• təbii komponentlərdən hazırlanmışdır, yəni sintetik izolə edici materialların yanması zamanı ayrılan zəhərli buxarların yaranması təhlükəsi yoxdur
• temperaturun təsirinə qarşı həssas deyil: materialın strukturu və forması dəyişmir ki və bu da öz növbəsində binada yanğının və ya tüstünün yayılmasının qarşısını alır.

Bununla da, gobustone materialının fiziki xüsusiyyətləri və müstəsna oda davamlılığı, onun yanmayan tikinti materialı olduğunu bir daha sübut edir.

 

Rütubət

 

Hörgü bloklarının çox məsaməli olmasına baxmayaraq o hiqroskopik (rütubəti özünə çəkmə qabiliyyəti) deyil.

Hörgü blokları kapilyar-məsaməli struktura malik olub, yetəri qədər yüksək ətrafa nəm buraxmaq qabiliyyətinə malikdir, bu səbəbdən də binanın bir-iki il istismarı müddəti ərzində hasarlama konstruksiyalarında betonun istismar (tarazlıq) rütubəti 4-5%-ə çatır. Şam və küknar ağaclarından qurulmuş divarda həmin göstərici 4 dəfə yüksəkdir (20%).

Tikinti materialının strukturunun məsamələri qapalı olduğundan, kapilyar struktura malik materiallardan fərqli olaraq gobustone bloklarının suyu hopdurması prosesi əhəmiyyətli dərəcədə ləng gedir. Məsələn yağışın yağması nəticəsində rütubət çəkdikdən sonra, kapilyarlar sferik məsamələrlə bölündüyünə görə gobustone hörgü blokları suyu çəkmir.

Buxar keçirmə qabiliyyəti

 

Rütubətin yaranma prosesi və onun materialın daxilində toplanmasını tikinti konstruksiyasının dağılmasına, istiliyin saxlanılmasının zəifləməsinə, mikroiqlimin pisləşməsinə, kifin, göbələklərin yaranmasına səbəb olan ən zərərli faktortlardan birinə aid etmək olar. Gobustone hörgü bloklarından tikilmiş divarların mühüm xüsusiyyəti (eyni zamanda bu hörgü bloklarının ekoloji material kimi xarakterizə edən xüsusiyyəti) yüksək buxar keçirmə qabiliyyətidir.

Daşıyıcı mineral tikinti materialları arasında gobustone hörgü bloku buxar keçirməyə qarşı ən aşağı müqavimətə malik olması fərqlənir. Bu xüsusiyyət, buxarın və qazların (CO, CO2, CH4) məkandan divarlar vasitəsilə onlara rütubət vermədən müstəqil şəkildə keçməsini və mənfi doldurulmuş atmosfer aeroionlarının – oksigenin respirator komponentlərinin geri daxil olmasını (xaricdən) təmin edərək necə deyərlər, divarın “nəfəs almasına” imkan yaradır.

Əlavə olaraq, havanın optimal nisbi rütubəti məkanın xoş mikroiqlimi üçün ən mühüm şərtdir. Gobustone hörgü blokları peşəkar formada ifadə edilsə, rütubətə qarşı yüksək diffuziyaya malikdir.

Şaxtaya davamlılıq

 

Gobustone kapillyar-məsaməli strukturu hesabına şaxtaya davamlı tikinti materialıdır.

Əhəngli-sementli büzücü maddələr əsasında istehsal olunan gobustone blokları, rütubət müəyyən səviyyəyə çatana qədər şaxtanın təsirinə məruz qalmır. Hətta müdafiə olunmamış gobustone bloklarının şaxtaya davamlılığı digər tikinti materiallarının şaxtaya davamlılığını bir çox dəfə üstələyir.

Aparılmış tədqiqatlar nəticəsində əldə edilmiş nəticələr əsasən gobustone bloklarının şaxtaya davamlılığı 50 dövrə təşkil edir.

Səs izolyasiyası

 

Məkanın səs izolyasiyasının zəruri səviyyəsinin təmin edilməsi müasir tikintinin ən mühüm məsələlərindən biri hesab edilir. Binaların daxilində səs-küyün səviyyəsini, quraşdırılmış böyük, ağır sədlərin və ya səs dalğasının enerjisini udan və yayan məsaməli və lifli materiallardan hazırlanmış çox təbəqəli konstruksiyalardan istifadə edilməsi hesabına azaltmaq mümkündür.

gobustone bloklarını xüsusi strukturu hesabına səsin yüksək dərəcədə udulması ilə xarakterizə olunur.

Çox hallarda ağır tikinti materiallarının istifadə edilməsi zamanı, səs izolyasiyası üzrə qüvvədə olan tələblər əlavə tədbirlər həyata keçirilmədən yerinə yetirilir.

Enerji səmərəliyi

 

Yaşayış binasının tikintisində enerji səmərəliliyinə, binada sərf edilən enerjinin azaldılmasına istiqamətlənən kompleks tədbirlər böyük əhəmiyyət daşıyır. gobustone hörgü blokları haqlı olaraq enerji səmərəli tikinti materialları arasında liderlərdən biri hesab edilir. Hörgü bloklarının istilik keçirmə qabiliyyəti digər tikinti materialları (kərpic, keramzitobeton və s.) ilə müqayisədə bir neçə dəfə aşağıdır ki, bu da bütün iqlim zonalarında bir təbəqəli hasarlama konstruksiyalarının istifadə edilməsi hesabına xərclərin eyni zamanda azaldılması zamanı böyük enerjiyə qənaət effektinin əldə edilməsinə imkan yaradır. Klassik istilik izolə edən materiallardan (məs. effektiv qızdırıcılar – mineral pambıq, genişləndirilmiş polistiren) fərqli olaraq, gobustone materiallarının yararlılıq müddəti faktiki olaraq qeyri-məhduddur. Bu da vaxtaşırı bərpa və yeniləmə işlərinin aparılmasını istisna edir və əlavə vasitələrə qənaəti təmin edir. gobustone materialının məsaməli strukturu və maneəsiz hava mübadiləsi hesabına, istiliyə qənaət effekti ilə bərabər, binalarda əlverişli mikroiqlimin saxlanılması üçün zəruri olan məkanların ventilyasiyasının lazımi səviyyəsi əldə edilir. Bundan əlavə, gobustone bloklarının istilik keçirmə üzrə göstəriciləri divarların enini bir neçə dəfə azaltmağa və müvafiq olaraq onların tikilməsi üçün istifadə ediləcək əmək sərfini ixtisar etməyə imkan yaradır. Eyni zamanda, hörgü bloklarının mükəmməl istilik izolyasiya etmə xüsusiyyətləri, qışda qızdırılmaya edilən qənaətlə, yayda isə sərinliyin saxlanılması ilə məkanların saxlanılması üzrə istismar xərclərinin aşağı olmasını təmin edir. Beləliklə, materialın özünəməxsus xüsusiyyətləri, üstünlüyünü bilavasitə tikinti zamanı, həmçinin binanın sonrakı istismar dövründə də özünü göstərir.

Həndəsi dəqiqlik və işləmə rahatlığı

 

gobustone hörgü blokları həndəsi ölçülərin ideal dəqiqliyi və işləmədə rahatlığı ilə seçilir.

Tikintiyə ayrılan xərclərin daim artması ilə əlaqədar olaraq gobustone ən mühüm üstünlüklərindən biri işləmə prosesinin asanlıqla aparılması və materiallarla çətinlik çəkmədən işləməkdir.

İlk növbədə, bu gobustone bloklarının ideal həndəsi struktura malik olması sayəsində baş verir. Bütün elementlər verilmiş ölçülərə ciddi riayət edilməklə hazırlanır. Əyilmə 0,3-0,8 mm-dən artıq olmur. Dəqiq ölçülər gobustone bloklarının yapışqan məhlul üzərində yığılması üzrə xüsusi texnologiyanın tətbiq edilməsinə imkan yaradır və nəticədə demək olar ki, tikişsiz divar hörməsi əldə edilir. Hörgü işlərinin yerinə yetirilmə sürətinin artması ilə bərabər tikişlərin incə təbəqəli texnologiya əsasında aparılması binanın istilik izolyasiya xüsusiyyətlərini yaxşılaşdırır.

Dəqiq konfiqurasiya, hamar və suvağın çəkilməsi üçün uyğun səthə malik tikinti konstruksiyalarının qurulmasına imkan yaradır ki, bu da öz növbəsində tikinitiyə ayrılan müddəti əhəmiyyətli dərəcədə azaldır. gobustone blokları məsaməli strukturu sayəsində yüngüldürlər. Bu xüsusiyyət, blokların daşınmasında və istifadəsində böyük üstünlük verir, həmçinin binaların daşıyıcı konstruksiyalarına və fundamentə (bünövrəyə) düşən ağırlığı azaldır. Blokların strukturu, onları asanlıqla və dəqiqliklə kəsməyə, yonmağa, deşməyə imkan yaradır.

Ekoloji təmizlik

 

Hər hansı bir tikinti materialı üçün əsas şərtlərdən biri yüksək səviyyəli möhkəmlilik və şaxtaya davamlılıq xüsusiyyətdən əlavə mükəmməl istilik saxlama xüsusiyyəti, yüksək oda davamlılıq və uzunömürlülük, eləcə də bu materiallardan hazırlanmış konstruksiyaları olan binalarda yaşayan insanların təhlükəsizliyi, həmçinin ətraf mühit üçün materialların təhlükəsizliyi baxımından ekoloji cəhətdən təhlükəsiz olmalıdır.

gobustone hörgü bloklarının istehsalında kvarslı qum, əhəng, su və sement kimi yalnız təbii komponentlərdən istifadə olunur. Məsamələrin yaradılması üçün isə alüminium pastadan istifadə olunur.

Gobustone hörgü bloklarında məsamələri yaradan maddənin əsası olan alümin kimyəvi reaksiya nəticəsində mətbəxin şkafında saxlanılan alüminium qazandan təhlükəli olmayan hidroalümosilikatlar, neytral birləşmələr formalaşdırır.

Beləliklə, hörgü bloklarından zərərli qazlar və zəhərli maddələr ayrılmır.

gobustone blokların tərkibində kimyəvi əlavələr və digər zərərli qazlar yoxdur. Bu xüsusiyyət onu ekoloji cəhətdən təmiz məhsullara aid edilməsini təmin edir.

gobustone hörgü bloklarının köhnə alüminium qaşıqdan fərqli olaraq tamamilə zərərsizdir, çünki təmiz alümin tozu , məhlulla fəal kimyəvi reaksiya nəticəsində kimyəvi birləşdirilmiş alümo-silikat-karbonat halına keçir. Bu zaman ayrılan hidrogen isə tökmədən sonra bir neçə saat ərzində heç bir zərər vurmadan gobustone hörgü blokları kütləsinə diffuziya yolu ilə qarışır (və ya tərkibindən uçur), blokların bərkimə müddətində isə onun yerinə tədricən atmosfer havası daxil olur.

gobustone hörgü bloklarının istismar xüsusiyyətləri çox yüksək olduğundan bir çox onilliklər ərzində materialın bütüvlüyünü təmin edir. “Gobustone” şirkətinin məhsullarının ekoloji təmizliyi gigiyenik sertifikatlarla təsdiq edilmişdir.

gobustone hörgü bloklarının istehsal prosesi böyük enerji sərfi tələb etmir, çünki material cəmi 180°C temperatur altında buxarın təsiri ilə bərkiyir. İşlənmiş buxarın ikinci dəfə təkrar istifadə edilməsi, enerjinin və suyun istehsal dövründə qayıtmasını təmin edir. İstehsal tullantıları ikinci dəfə istehsal oluna bilər və ya onları kiçik hissələrə xırdalamaq olar. Bu da həmçinin ətraf mühitin mühafizəsi üçün töhfə hesab edilir.

Bundan əlavə, istehsal prosesində resurslara da qənaət edilir, çünki bir kubmetr ilkin materiallarda məsamələr yaradarkən beş kubmetr tikinti materialı əldə edilir. Materialların istehsal qalıqları texnoloji dövrəyə qaytarılır və onlardan digər məhsullar hazırlanır. İstehsal nəticəsində su çirklənmir. gobustone tikinti materiallarından yaranan tikinti tullantıları, ətraf mühiti çirkləndirən qaz və digər maddələr ayırmır.

Məhsulun özünün və istehsalın ekoloji təhlükəsizliyinin təmin edilməsindən əlavə, böyük diqqət həmçinin ətraf mühitin bütövlüyünün təmin edilməsinə ayrılır. Davamlı inkişaf “Gobustone” şirkətinin prioritet strateji məqsədlərindən biridir və hazırkı gündə də ümumi ekoloji vəziyyətin yaxşılaşdırılmasına, həyat keyfiyyəti qaldırılmasına və əhalinin sosial müdafiəsinə yönəlmiş bir sıra planlar hazırlanmış və uğurla həyata keçirilməkdədir.

Mişar
gobustone hörgü bloklarının lazımı ölçülərdə kəsilməsində bu alətdən istifadə olunur.

Günyə
gobustone hörgü blokların mişar vasitəsilə düz kəsilməsi üçün bu alətdən istifadə olunur.

Mala
Blokların birləşməsini təmin etmək məqsədilə birləşən yerlərinə yapışdırıcının çəkilməsi üçün bu alətdən istifadə edilir. Malanın eni tikintidə istifadə edilən blokların qalınlığına uyğun olaraq seçilir. Mala ilə yapışdırıcı çəkilən zaman blokların üzərində malanın yapışdırıcılı diş izləri qalmalıdır.

Rəndə
gobustone hörgü bloklardan divar hörüldüyü zaman blokların arasında yarana biləcək hündürlüklər fərqinin aradan qaldırılması üçün bu alətdən istifadə edilir.

Rezin çəkic
Rezin çəkicdən istifadə edilməklə tikilən divarda bloklar cərgələr üzrə tarazın göstərişinə müvafiq olaraq nizamlanır. Blokları rezin çəkic vasitəsilə şaquli və üfüqi istiqamətdə vurub nizamlamaqla, blokların daha yaxşı yapışması təmin edilir.

Kanal açan
gobustone hörgü bloklardan tikilən divarlar üzrə santexniki boruları və elektrik naqilləri üçün kommunikasiya kanallarının açılması üçün kanal açan alətdən istifadə edilir.

Gobustone hörgü blokları üçün cilalama lövhəsi
Divarın üfiqi və şaquli səthindəki nahamarlığı aradan qaldırmaq məqsədilə cilalama lövhəsindən istifadə olunur.

mishar

gunye

mala


rende

rezincekic


kanal

cilovlama

Gobustone şirkəti hörgü bloklarından şəxsi evlər və ictimai binaların tikintisi zamanı texniki dəstək xidmətlərini də təklif edir. Bizim heyət – geniş təcrübəsi olan və hörgü üzrə xüsusi təlim keçmiş yüksək ixtisaslı mühəndislər və fəhlələrdir. Bizim missiyamiz gobustone hörgü bloklardan hamar divarların hörülməsi, XXI əsrin estetikasına cavab verən binaların inşa olunması, daxili bazarda ən qabaqcıl texnologiya və müasir tikinti materiallarını təbliğ etməkdir. Hər hansı bir sualınız yaranarsa, bizimlə, texniki dəstək şöbəsi ilə əlaqə saxlayın. Sizinlə əməkdaşlıq etməkdən məmnun olarıq.

texniki
cedvel2

Gobustone hörgü blokları taxta paletlər üzərinə yığılaraq, üzərinə xüsusi kapron üzlük materialı çəkilərək daşınır. Blokların tikinti meydançasına boşaldılması və sahə daxilində yerdəyişməsi zamanı kran və digər yük boşaldan texnikalardan istifadə olunmasına icazə verilir. Materialların daşınma və boşaldılması zamanı maksimum diqqətli olmaq lazımdır.

Tikinti meydançasında gobustone hörgü blokları hamar səth üzərinə üst-üstə yığılmalıdır. 2 paletdən artıq materialı üst-üstə yığmaq tövsiyyə edilmir.

Gobustone hörgü bloklarının çəkisinin az olması bu materialın tikinti sahəsinə daşınması zamanı daha kiçik yük avtomobillərindən istifadə etməyə imkan verirki, bu da daşınma xərclərini azaltmaqla şəhərin mərkəzində tikilən binaları vaxtında, keyfiyyətlə və təhlükəsiz şəraitdə bu materialla təmin etməyə imkan verir.