Haqqımızda

Şirkət Haqqında

image description

Haqqında
Gobustone MMC yüksək keyfiyyətli tikinti materialı olan “gobustone” məsaməli hörgü bloklarının və müxtəlif çeşidli əhəng məhsullarının satışı ilə məşğuldur. Gobustone MMC Azərbaycanda qazobeton məhsullarının satışı və distribusiyası ilə məşğul olan yeganə şirkətdir və istehsalçı “AAC” MMC-nin ekskluziv dileridir.
Məhsulun qısa tarixçəsi
Bütün dünyada qazobeton adı ilə tanınan məsaməli hörgü blokları öz üstünlükləri ve son istehlakçıya verdiyi faydalar sayəsində dünya tikinti sektorunda çox populyardır. Ilk dəfə İsveçdə kəşf olunan və 100 ilə yaxın tarixi olan qazobeton məhsulu Avropada tikinti bazarının əksəriyyətini təşkil edir.
İlk dəfə Azərbaycanda…
İlk dəfə 2011-ci ildə ölkənin inşaat bazarına təqdim olunan “gobustone” brendi qısa bir zamanda tikinti sahəsində tanındı. Ölkənin inşaat sektoru üçün yeni olan məsaməli hörgü blokları bir çox sahələrdə öz tətbiqini tapdı və bir sıra uğurlu layihələr ilə İlk dəfə 2011-ci ildə ölkənin inşaat bazarına təqdim olunan “gobustone” brendi qısa bir zamanda tikinti sahəsində tanındı. Ölkənin inşaat sektoru üçün yeni olan məsaməli hörgü blokları bir çox sahələrdə öz tətbiqini tapdı və bir sıra uğurlu layihələr ilə öz populyarlığını artırdı. Hazırda “gobustone” məsaməli hörgü blokları ölkənin inşaat bazarında lider tikinti brendlərindən biridir və öz üstünlükləri sayəsində tikinti şirkətləri və fiziki şəxslər tərəfindən geniş istifadə olunur.

TEXNOLOGIYASI
TEXNOLOGIYASI “Gobustone” məsaməli hörgü blokları yüksək Alman texnologiyası olan Werhahn avadanlıqlari ilə təchiz olunmuş zavodda istehsal olunur. Bütün məhsullar yerli və beynəlxalq standartların tələblərinə cavab verir və müvafiq keyfiyyət sertikatlarına sahibdir. Eyni zamanda daimi olaraq məhsulun keyfiyyətinə müasir laboratoriyada nəzarət edilir. İllik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir.
SOSIAL MƏSULIYYƏT VƏ PEŞƏKAR HAZIRLIĞI
Gobustone MMC hazırda məsaməli hörgü bloklarının satışı ilə yanaşı qazobeton ilə işləyə bilən ixtisaslı kadrların yetişməsində də maraqlıdır və şirkət təlim proqramlarının bir hissəsi olaraq inşaatçılara, memarlara və müştərilərə məhsul ilə işləmə texnikasını tikinti sahələrində nümayiş etdirir. Beləliklə şirkət tikinti şirkətləri ilə uzunmüddətli əməkdaşlığın qurulması və Azərbaycanda tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını dəstəklədiyini təsdiq edir.
MÜŞTƏRILƏRIMIZ ARASINDA…
“Gobustone” məhsulları son illərdə başda paxtaxtımız olmaqla ölkədə şəhərsalma və memarlıq çalışmalarına da böyük töhfə vermişdir. Belə ki, bir birindən zövqlü yaşayış, iş mərkəzləri, mehmanhaxa və s. beynəlxalq tikinti norma və standarlarında aparılan inşaatlarda məhz “Gobustone” məsaməli hörgü bloklarımızdan istifadə olunmuşdur. İnanırıq ki şirkətimizin məhsullarının keyfiyyəti və göstərdiyimiz xidmətin səviyyəsindən məmnun qalacaqsınız.

Azərbaycan və eləcədə Cənubi Qafqazın tikinti materialalrı bazarında lider mövqeyə nail olmaq və əldə saxlamaq.

Ekoloji təmiz məhsul və sağlam həyat prinsipi ilə, daxili bazarı ən qabaqcıl texnologiya və müasir tikinti materialları ilə təmin edərək rahat həyat şəraitinin yaradılması və müasir yaşayış bina və obyektlərin keyfiyyətli tikilməsi.

Yüksək keyfiyyət və yeni texnologiya
Aktivlik
Səmərəlilik
Rəqəbət qabiliyyəti
Davamlı inkişaf
Sosial məsuliyyət